Prezident İlham Əliyev yanvarın 17-də “Səs” qəzetinin 20 illik yubileyi münasibətilə mətbu orqanın bir qrup əməkdaşının “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə uzun müddət “Səs” qəzetinin baş redaktoru olmuş Ağabəy Məmməd oğlu Əsgərov milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.