Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri - “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı çapdan çıxıb. Kitabın təqdimat mərasimi fevralın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.