Azərbaycan
   
   5 yanvar 1819 - Naxçıvan xanının nəslindən olan sərkərdə, Rusiya ordusunun süvari generalı İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski (1819 - 1908) anadan olub.
   5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski, 1884 - 1.4.1954) Şuşada doğulub. Ü.Hacibəylinin xalası oğlu olub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun" operasında Leyli rolunu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tardan dərs verib.
   5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Vicdan susanda” romanının, “Həyat bizi sınayır” povestinin (və eyniadlı filmin ssenarisinin) müəllifidir.
   5 yanvar 1947 - Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev (1947 - 1992) Şuşada doğulub. Sovet ordusunda xidmət edib. 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taborunu yaradanlardan olub. 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətində gedən döyüşlərdə həlak olub.
   5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyevanın doğum günüdür. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.
   5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” filmində oynadığı Qəqəni rolu ilə geniş tamaşaçı rəğbəti qazanıb. “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. "Yuğ" Teatrında çalışır.
   
   6 yanvar 1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev, 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli Xan Xoyski) və s. filmlərdə çəkilib.
   6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Sonra Dövlət Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.
   6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
   
   7 yanvar 1907 - Azərbaycanın tanınmış qeoloqu, professor Mirəli Qaşqay (1907-1977) anadan olub.
   7 yanvar 1941- Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərin quruluşçu rejissorudur.
   
   8 yanvar 1920 - Xalq artisti, teatr və kinoda bir çox yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəylinin (1920-23.11.1999) doğum günüdür. “Səbuhi” (Tubu), “Arşın mal alan”, 1945 (Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis) və s. filmlərdə çəkilib.
   
   9 Yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından (milliyyətcə acar) olan Ülvü Rəcəb (1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Stalin repressiyalarının qurbanı olub. 1938-ci ilin yanvarın 2-də güllələnib.
   
   9 yanvar 1948 - Əməkdar artist Əli Qayıb oğlu Nurzadə anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Cavad xan” (2009, Alban keşişi) filmində çəkilib.
   9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. «İlham» Miniatür Teatrını yaradıb. “Qayınana” (İlqar) filmində, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb.
   9 yanvar 1991 - Erməni silahlıları Laçın-Yevlax yolunda Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşını gülləbaran edərək 4 nəfəri, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərovanı qətlə yetiriblər. S.Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
   
   10 yanvar 1838 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838- 1.9.1924) anadan olub. Tagıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub. Bakıda ilk teatr binası, Cənubi Qafqaz üzrə müsəlman qızlar üçün ilk məktəb, bu gün Azərbaycan paytaxtının arxitekturasına yaraşıq verən onlarla tikili onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) onun köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları, Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıb.
   10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» komediyasında Səlimə, «Yollar görüşəndə» tamaşasında Rahidə və s.) maraqlı rollar oynayıb.
   10 yanvar 1954 - Tanınmış şair, nasir, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov) anadan olub.
   10 yanvar 1956 - Populyar müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub.
   10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. 1939-cu ildən Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib.   

   Dünya
   
   5 yanvar 1592 - İndiki Hindistan ərazisdə mövcud olmuş türk dövlətinin - Böyük Moqollar imperiyasının sultanı Cahanşah (1592 - 1666) anadan olub. Həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikdirdiyi Tac Mahal məscid-mavzoleyi möhtəşəm memarlıq abidəsi kimi dünyanın yeddi möcüzəsi sırasında yer alır.
   5 yanvar 1855 - Amerikalı ixtiraçı, məşhur “The Gillette Company”nin qurucusu Kinq Kəmp Jilett (King Camp Gillette , 1855 - 1932) anadan olub.
   5 yanvar 1921 - İsveçrə yazıçısı Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub.
   5 yanvar 1932 - Dünya şöhrətli italyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub.
   
   6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann, 1822 - 1890) anadan olub.
   6 yanvar 1865 - Məşhur Rusiya (şotland və gürcü əsilli) şərqşünası, qafqazşünas, dilçi, etnoqraf və arxeoloq Nikolay Yakovleviç Marr (1865 - 1934) Kutaisidə doğulub.
   6 yanvar 1872 - Görkəmli rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub.
   6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov, 1879 - 1933) anadan olub.
   6 yanvar 1911 - SSRİ Xalq artisti, kinoaktyor Nikolay Afanasyeviç Kryuçkov (1911 - 1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.
   6 yanvar 1938 - Məşhur italyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentanonun (Adriano Celentano) doğum günüdür.
   6 yanvar 1955 - İngilis komediya aktyoru (“Mister Bin” teleserialı), rejissor və ssenarist Rouen Atkinson (Rowan Sebastian Atkinson) anadan olub.
   
   7 yanvar 1911 - SSRİ Xalq artisti, aktrisa Mariya Vladimirovna Mironova (aktyor Andrey Mironovun anası) - (1911-1997) anadan olub.
   7 yanvar 1925 - İngilis yazıçısı, zooloq, Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Məşhur yazıçı Lourens Darrelin qardaşıdır. Heyvanların həyatından bəhs edən 30-dan çox kitab və filmin müəllifidir.
   7 yanvar 1964 -Amerika kinoaktyoru, rejissor və prodüsser Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün məşhur soyadından imtina edib. İki dəfə “Oskara”a layiq görülüb.
   
   8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins, 1824 - 1889) anadan olub.
   8 yanvar 1910 - Məşhur rus-sovet balerinası Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.
   8 yanvar 1913 - Rus-sovet şairi Yaroslav Vasilyeviç Smelyakovun (1913 - 1972) doğum günüdür.
   8 yanvar 1935 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor, “Rok-n-roll”un kralı Elvis Presli (Elvis Aaron Presley, 1935 - 16.8.1977) anadan olub.
   8 yanvar 1937 - Britaniya estrada müğənnisi Şirli Bessi (Shirley Veronica Bassey) anadan olub.
   8 yanvar 1941 - Britaniya aktyoru, ssenarist, prodüser, bəstəkar Qrehem Çepmen (Graham Arthur Chapma, 1941 - 1989) anadan olub.
   
   9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.
   9 yanvar 1878 - Amerika psixoloqu, bixeviorizminin banisi Con Brodes Uotson (John Broadus Watson, 1878 - 1958) anadan olub.
   9 yanvar 1890 - Görkəmli çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub.
   9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuarın (Simone de Beauvoir, 1908 - 1986) doğum günüdür. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub.
   9 yanvar 1970 - Belçika-italyan əsilli Kanada müğənnisi Lara Fabian (Lara Fabian) anadan olub.
   
   10 yanvar 1797 - Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Anna Elisabeth Franzisca Adolphine Wilhelmine Ludovica Freiin Droste zu Hülshoff, 1797 - 1848) anadan olub.
   10 yanvar 1827 - İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox, 1827 - 1902) anadan olub.
   10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoyun(1883 - 1945) doğum günüdür. “I Pyotr”, “Aelita” və s. romanların müəllifidir.
   10 yanvar 1896 - Rus yazıçısı, kimyaçı alim İlya Yakovleviç Marşak (1896 - 1953) anadan olub. Məşhur şair Samuil Marşakın qardaşıdır.
   
   11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.
   11 yanvar 1920 - Rus-sovet rejissoru, ssenarist Vladimir Yakovleviç Venqerov (1920 - 1997) anadan olub.
   11 yanvar 1943 - Məşhur ispan yazıçısı (“Nyu-York”, “Naməlum ada” və s. romanları) Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub.
   11 yanvar 1970 - Türkiyənin tanınmış estrada müğənnisi Mustafa Sandal anadan olub.
   11 yanvar 1972 - Amerika kinoaktrisası Amanda Pit (Amanda Peet) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar