Mədəniyyət və Turizm Nazirliyinin təşkil olunduğu 2006-cı ildən bu yana dövlət rəhbərliyi tərəfindən mədəniyyət və turizmlə bağlı qəbul edilən qərarlar bu sahələrin ahəngdar inkişafına, əldə olunan bir çox nailiyyətlərə mühüm zəmin yaradıb. Ötən illərdə imzalanmış prezident fərmanları və sərəncamları, qəbul olunmuş qanunlar və dövlət proqramları bunun bariz təsdiqidir.
      
   30 yanvar 2006 - “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.
   13 fevral 2006 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılıb.
   17 aprel 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) təsdiq olunub.
   18 aprel 2006 - Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”, nazirliyin strukturu təsdiq edilib.
   18 avqust 2006 - «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında» sərəncam imzalanıb.
   23 avqust 2006 - Mədəniyyət sahəsində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında sərəncam.
   27 oktyabr 2006 - «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» sərəncam.
   24 noyabr 2006 - “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət qoruqlarının vəziyyəti haqqında» sərəncam.
   28 noyabr 2006 - “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu prezident tərəfindən imzalanıb. Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minib.
   18 dekabr 2006 - “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” sərəncam.
   19 dekabr 2006 - “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” sərəncam imzalanıb.
   29 dekabr 2006 - “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu prezident İlham Əliyev tərəfindən imzalanıb.   

   * * *
   6 fevral 2007 - Prezident “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman verib.
   19 fevral 2007 - Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında sərəncam.
   23 fevral 2007 - “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam.
   6 mart 2007 - Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.
   12 mart 2007 - “UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası üzrə səlahiyyətli orqanların təyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı.
   2 aprel 2007 - “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncam.
   20 aprel 2007 - “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə” sərəncam.
   30 aprel 2007 - Prezidentin fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi yaradılıb.
   2 may 2007 - “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında sərəncam.
   5 iyun 2007 - “Turizm haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalanıb. 16 avqust 2007-ci il tarixdə qanunun tətbiqi haqqında fərman imzalanıb.
   11 iyun 2007 - «Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» sərəncam.
   6 avqust 2007 - “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanıb. Fərmana əsasən, bir il müddətinə verilməklə yaşlı nəsil yaradıcı insanlara 130 (yazıçılara - 50, rəssamlara - 50, bəstəkarlara - 30) xüsusi təqaüd, gənc nəsil yaradıcı şəxslərə isə 50 (yazıçılara - 20, rəssamlara - 20, bəstəkarlara - 10) xüsusi təqaüd təsis edilib.
   16 oktyabr 2007 - İrəvan Dövlət Azərbaycan Dram Teatrının əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilməsi haqqında sərəncam imzalanıb.
   19 oktyabr 2007 - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu prezident tərəfindən imzalanıb. Qanunun tətbiqi ilə bağlı 23 noyabr 2007-ci il tarixli fərman imzalanıb.
   19 dekabr 2007 - Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam.
   19 dekabr 2007 - Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında sərəncam.
   19 dekabr 2007 - Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya və Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında sərəncam.
   
   * * *
   22 yanvar 2008 - "Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında" sərəncam.
   31 yanvar 2008 - UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında sərəncam.
   31 yanvar 2008 - Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında sərəncam.
   4 fevral 2008 - "Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında" sərəncam.
   20 iyun 2008 - Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə prezident fərmanı ilə təsdiq edilib.
   11 iyul 2008 - «Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında» sərəncam imzalanıb.
   4 avqust 2008 - "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.
   6 oktyabr 2008 - “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” prezident sərəncamı ilə təsdiq edilib.
   
   * * *
   6 fevral 2009 - Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib.
   6 fevral 2009 - «Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında» sərəncam.
   20 fevral 2009 - “Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının maddi-texniki bazasının təminatı, idarəolunma və kadr potensialının vəziyyəti haqqında” sərəncam.
   18 may 2009 - “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” prezident sərəncamı ilə təsdiq edilib.
   22 may 2009 - “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” təsdiq edilib.
   19 avqust 2009 - Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər Planı prezident sərəncamı ilə təsdiq edilib.   

   * * *
   26 yanvar 2010 - Görkəmli pianoçu və bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi haqqında sərəncam.
   1 fevral 2010 - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun imzalanıb.
   23 fevral 2010 - Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb.
   6 aprel 2010 - “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb.
   13 aprel 2010 - Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam.
   14 may 2010 - Böyük xanəndə Cabbar Qaryağdıoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam.
   20 may 2010 - Görkəmli bəstəkar, dirijor Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam.
   31 may 2010 - Mədəniyyətin inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi barədə sərəncam.
   1 iyun 2010 - Böyük satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam.
   22 iyun 2010 - Xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalanıb.
   13 iyul 2010 - Bəstəkar Azər Hüseyn oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam.
   17 sentyabr 2010 - Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.
   7 oktyabr 2010 - Bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam.
   25 noyabr 2010 - Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam.
   20 dekabr 2010 - Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam.
   24 dekabr 2010 - Tofiq Əhmədağa oğlu Bakıxanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam.
   27 dekabr 2010 - Xalq artisti, görkəmli tarzən Bəhram Mənsurovun 100 illik yubileyi haqqında sərəncam imzalanıb.
   14 yanvar 2011 - Kinorejissor Eldar Tofiq oğlu Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar