Azərbaycan
   
   27 yanvar 1806 - Görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazıdğı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Rus (çar) ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.
   27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   27 yanvar 1912 - Görkəmli neftçi, professor Eyyub İsmayıl oğlu Tağıyev (1912-17.1.1967) anadan olub. Eyyub Tağıyev Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak edib, Argentina və Braziliyada çalışıb. Üç dəfə Stalin mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır.
   
   28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub, Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   28 yanvar 1923 - “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb.
   28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
   28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925-19.8.1977) anadan olub.
   28 yanvar 1944 - Əməkdar artist Məzahir Həbulla oğlu Süleymanov anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
   28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929-1980) vəfat edib.
   28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Uzun illər Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
   29 yanvar 1927 - Xalq artisti, məşhur balerina Leyla Məhəd qızı Vəkilova (1927-20.2.1999) anadan olub.
   29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qocanın doğum günüdür.
   
   30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
   30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd oğlu Dadaşzadə (1936-4.11.1990) anadan olub.
   30 yanvar 1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. Musiqili Komediya Teatrında çalışır. “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” flimlərində çəkilib.
   30 yanvar 1992 - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci ildən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Praqada (Çexiya) keçirilən toplantısında Azərbaycan bu təşkilata üzv qəbul olunub.    

   Dünya
   
   27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub.
   27 yanvar 1775 - Görkəmli alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub.
   27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub.
   27 yanvar 1832 - İngilis yazıçısı, uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”) müəllifi, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson, 1832-1898) anadan olub.
   27 yanvar 1891 - Rus yazıçısı, şair, tərcüməçi İlya Erenburq (1891-1967) anadan olub.
   27 yanvar 1948 - Məşhur rus baletmeysteri Mixail Nikolayeviç Barışnikov anadan olub. 1974-cü ildən Kanadaya mühacirət edib, Amerika və dünya xoreoqrafiyasının inkişafına böyük təsir göstərib.
   
   28 yanvar 1611 - Məşhur polyak astronomu, selenoqrafiyanın (Ayın öyrənilməsi) banisi Yan Heveliy (Jan Heweliusz (1611-1687) anadan olub.
   28 yanvar 1853 - Rus filosofu, şair, ədəbiyyatşünas Vladimir Sergeyeviç Solovyov (1953-1900) anadan olub.
   28 yanvar 1853 - Məşhur kubalı inqilabçı yazıçı, bu ölkənin Milli qəhrəmanı Jose Marti (Jose Julian Marti Perez, 1853-1895) anadan olub.
   28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub.
   28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollakın (Paul Jackson Pollock, (1912-1956) doğum günüdür.
   
   29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub.
   29 yanvar 1866 - Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland, 1866-30.12.1944) anadan olub.
   29 yanvar 1933 - Fransız müğənnisi, bəstəkar, aktyor Saşa Dastel (Sacha Distel, 1933-2004) anadan olub.
   29 yanvar 1954 - Amerika şou-biznesinin məşhur nümayəndəsi, aktrisa və teleaparıcı Opra Uinfri (Oprah Gail Winfrey) anadan olub.
   
   30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto, 1720-1780) anadan olub.
   30 yanvar 1900 - Tanınmış sovet bəstəkarı İsaak Osipoviç Dunayevskinin(1900-1955) doğum günüdür.
   30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti, populyar sovet kinokomediyalarının (“Qafqaz əsiri”, “Brilyant əl” və s.) yaradıcısı Leonid Qayday (1923-19.11.1993) anadan olub.
   30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.
   30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar