Azərbaycan
   
   4 mart 1842 - Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1842-1919) anadan olub. Ağamusa Nağıyev Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Həmin tikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq («İsmailyyə» binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir. Ağamusa Nağıyev 77 yaşında, özünün doğum günündə (4 mart 1919) vəfat edib.
   4 mart 1941 - Akademik Tofiq Murtuza oğlu Nağıyev anadan olub.
   
   5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür. Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə qeyd olunur.
   
   5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
   5 mart 1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub.
   5 mart 1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub.
   5 mart 1947 - Ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı anadan olub.
   
   6 mart 1920 - Ədəbiyyatşünas, tənqidçi Yəhya Qasım oğlu Seyidov (1920-1980) anadan olub.
   6 mart 1931 - Nasir Fərman Allahverdi oğlu Eyvazovun (1931-1996) doğum günüdür.
   6 mart 1955 - Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri, “Müsavat” partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə (31.1.1884, Bakı, Novxanı - 1955) Ankarada vəfat edib. Rəsulzadə 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə getmiş, Türkiyədə, həmçinin 1930-1940-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik etmiş, "Azərbaycan" dərgisini nəşr etdirmişdi. Ankarada Əsri qəbiristanlığında dəfn edilib.
   
   7 mart 1908 - Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Salam Əbdülqasım oğlu Salamzadə anadan olub.
   7 mart 1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) anadan olub.
   7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Uzun ömür sürən, həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar elə doğulduğu kənddə vəfat edib.
   7 mart 1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.
   7 mart 1966 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli (1966-1992) anadan olub.
   
   8 mart 1338 - Filosof, şair, görkəmli mütəfəkkir Əvhədi Marağayi (Ruhnəddin) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru «Cəmşid piyaləsi») müəllifidir. Dəqiq təvəllüdü məlum deyil, 1274-cü ildə Marağada doğulduğu təxmin edilir.
   8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Dövlət Dram Teatrında çıxış edib. “Arşın mal alan” (1965) filmində Soltan bəy rolunda çəkilib.
   8 mart 1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımovanın doğum günüdür.
   8 mart 1955 - Şair, yazıçı İsgəndər Coşğun anadan olub.
   
   Dünya
   
   4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” adı ilə məşhur olan əsəri (skripka üçün 4 konsert) ilə şöhrət qazanıb.
   4 mart 1865 - Eston realist ədəbiyyatının banilərindən biri, yazıçı-dramaturq Eduard Vilde (1865-1933) anadan olub.
   4 mart 1877 - Amerikalı ixtiraçı Emil Berliner ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.
   4 mart 1908 - Rus-sovet yazıçısı Boris Nikolayeviç Polevoy (4.(17) 3.1908-1981) Moskvada anadan olub. “Əsl insan haqqında povest” ilə məşhurdur.
   4 mart 1925 - Məşhur fransız bəstəkarı, aranyemançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
   4 mart 1932 - Rusiyanın Xalq artisti, aktyor Georgi Antonoviç Ştil anadan olub.
   4 mart 1965 - Rus nəğməkar şairi, bir çox populyar estrada mahnılarının sözlərinin müəllifi Aleksandr Şaqanov anadan olub.
   
   5 mart 1696 - İtalyan rəssamı, Venesiya məktəbinin sonuncu böyük nümayəndəsi Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo, 1696-1770) anadan olub.
   5 mart 1891 - Sovet heykəltəraşlığının tanınmış nümayəndəsi Matvey Henrixoviç Manizer (1891-1966) anadan olub.
   5 mart 1922 - Dünya şöhrətli italyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
   5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərinin, ilk türk teleseriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.
   5 mart 1938 - Amerika aktyoru və rejissoru Fred Uilyamson (Fred Williamson) anadan olub.
   5 mart 1961 - Tanınmış rus aktrisası Yelena Alekseyevna Yakovleva anadan olub.
   5 mart 1966 - Görkəmli rus şairi və yazıçısı, tərcüməçi, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko) - (11(23).6..1889 - 1966) vəfat edib.
   5 mart 1974 - Məşhur Hollivud aktrisası Eva Mendes anadan olub.
   
   6 mart 1475 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntihabının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 1475 - 18.2.1564) anadan olub.
   6 mart 1619 - Fransız dramaturqu, filosof, şair, yazıçı, elmi fantastikanın banilərindən biri Savinyen Sirano de Berjerak (Hercule Savinien Cyrano de Bergerac, 1619-1655) anadan olub.
   6 mart 1815 - Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov (1815-1869) anadan olub. “Qozbel at” nağıl-povesti ilə məşhurdur.
   6 mart 1874 - Görkəmli rus filosofu, publisist Nikolay Aleksandroviç Berdyayev (1874-1948) anadan olub.
   6 mart 1889 - Özbəkistanın Xalq şairi, dramaturq, ictimai xadim Həmzə Həkimzadə Niyazi (1899-1929) anadan olub.
   6 mart 1909 - Görkəmli polyak satirik-yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.
   6 mart 1926 - Məşhur Polşa teatr və kino rejissoru Anjey Vayda (polyakca Andrzej Wajda) anadan olub. “Kül və almaz”, “Nastasya” cə s. məşhur filmlərə quruluş verib.
   6 mart 1928 - Dünya şöhrətli Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez) anadan olub.
   6 mart 1929 - Abxaz əsilli tanınmış Rusiya şairi və yazıçısı Fazil İsgəndər anadan olub.
   6 mart 1934 - Məşhur rus satirik yazarı Mixail Mixayloviç (Maneviç) Jvaneskinin doğum günüdür.
   6 mart 1965 - Amerika estrada müğənnisi, aktrisa, rəqqasə Canet Cekson (Janet Damita Jo Jackson) anadan olub. Pop ulduzu Maykl Ceksonun baçısıdır.
   
   7 mart 1765 - Fransız alimi, fotoqrafiyanın ixtiraçısı sayılan Jozef Nisefor Nieps (Joseph Nicephore Niepce, 1765-1833) anadan olub.
   7 mart 1785 - Məşhur italyan romantik yazıçısı Alessandro Manzoni (Alessandro Francesco Tommaso Manzoni, 1785-1873) anadan olub.
   7 mart 1855 - Görkəmli fransız yazıçı-mütəfəkkiri, kolleksioner, mesenat Rober de Monteskyu (Marie Joseph Robert Anatole de Montesquiou-Fezensac, 1855-1921) anadan olub.
   7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
   7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
   7 mart 1910 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Dmitri Aleksandroviç Aleksidze (1910-1984) anadan olub.
   7 mart 1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa, 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
   7 mart 1928 - Rus yazıçısı Vladimir Alekseyeviç Çivilixin (1928-1984) anadan olub.
   7 mart 1945 - Amerika fantast-yazıçısı Elizabet Mun (Elizabeth Moon) anadan olub.
   
   8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Kommunist təmayüllü bayram olsa da, dünyanın bir çox ölkələrində qeyd olunur.
   
   8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub.
   8 mart 1851 - Böyük türk maarifçisi, yazar, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspıralı (Qasprinski) (1851 - (11) 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. 1883-cü ildən ömrünün sonunadək "Tərcüman” qəzetinin naşiri olub.
   8 mart 1874 - Norveç şairi, yazıçı-dramaturq Qabriel Skott (Gabriel Scott Jensen, 1874-1958) anadan olub.
   8 mart 1900 - SSRİ Xalq artisti, kinorejissor, ssenarist Aleksandr İvanoviç Medvedkin (1900-1989) anadan olub.
   8 mart 1922 - SSRİ Xalq artisti, aktyor və kinorejissor Yevgeni Semyonoviç Matveyevin (1922-2003) doğum günüdür.
   8 mart 1941 - Məşhur rus teatr və kino aktyoru, Andrey Aleksandroviç Mironov (ilk soyadı Menaker) (1941 - 16.8.1987) anadan olub. “Brillyant əl”, “12 stul” və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar