Azərbaycan
   
   4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) anadan olub.
   4 aprel 1920 - Xalq artisti, tarzən Hacı Məmmədov (1920-1981) anadan olub.
   4 aprel 1935 - Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, ”Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.
   5 aprel 1909 - Görkəmli bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısıdır, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib.
   5 aprel 1940 - Şair, nasir, ədəbiyyatşünas Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) anadan olub.
   
   6 aprel 1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Qarabağ hakimi İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. 
   6 aprel 1939 - Tanınmış kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov anadan olub. “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.
   
   7 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Ayrı-ayrı mənbələrdə ədibin doğum günü kimi 1, 2, 5 və 11 aprel göstərilir. N.Vəzirov “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.
   7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının ilk sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
   7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
   7 aprel 1941 - Nasir Yaşar Hüccətulla oğlu Rzayev anadan olub.
   7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. Detektiv janrında əsərləri dünyada məşhurluq qazanıb, müxtəlif ölkələrdə milyonlarla nüsxə tirajla çap olunub.
   
   8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi münasibətilə türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib.
   
   9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xəqani Şirvani (1126-1199) Şamaxıda anadan olub. Xəqani 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin müəllifidir.
   
   10 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə, 1905 - 11.9.1996) Bakının Mərdəkan kəndində doğulub.
   10 aprel 1923 - Yazıçı Salam Qədirzadənin (1923-1987) doğum günüdür.
   10 aprel 1930 - Şair, publisist Məhəmməd Ağa oğlu Məmmədov anadan olub.
   10 aprel 1941 - Ədəbiyyatşünas alim, nasir Allahverdi İsgəndər oğlu Eminov anadan olub.
   
   Dünya
   
   4 aprel 1818 - Tanınmış ingilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid, 1818-1883) anadan olub.
   4 aprel 1900 - Rus rəssamı, uşaq kitabları üçün parlaq illüstrasiyaların müəllifi Yuri Alekseyeviç Vasnesov (1900-1973) anadan olub.
   4 aprel 1932 - Görkəmli rüs kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “Andrey Rublyov”, “Stalker” və s. məşhur filmlərin müəllifidir.
   
   5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub.
   5 aprel 1811 - Fransız rəssamı, müasir peyzaj rəssamlığının tanınmış siması Jül Düpre (Jules Dupre, 1811-1889) anadan olub.
   5 aprel 1900 - Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Spenser Treysi (Spencer Tracy, 1900-1967) anadan olub.
    5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.
      
   6 aprel 1812 - Görkəmli rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gersen (1812-1870) anadan olub.
   6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub.
   6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. “Yağış adamı” və s. filmləri ilə məşhurluq qazanıb.
   
   7 aprel 1772 - Fransız filosofu, utopik sosializmin banilərindən biri Fransua Mari Şarl Furye (François Marie Charles Fourier, 1772-1837) anadan olub.
   7 aprel 1883 - Məşhur İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
   7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (əsl adı Lucila Godoy Alcayaga, 1889-1957) anadan olub.
   7 aprel 1915 - Məşhur Amerika caz müğənnisi Billi Holidey (Billie Holiday - Eleanora Fagan ) (1915-1959) anadan olub.
   7 aprel 1920 - Tanınmış hind bəstəkarı Ravi Şankar anadan olub.
   7 aprel 1939 - Məşhur Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola ( Francis Ford Coppola anadan olub. "Xaç atası", "Xaç atası-2" flimləri “Oskar” mükafatına layiq görülüb.
   7 aprel 1954 - Tanınmış Amerika və Honq-Konq aktyoru Ceki Çan (əsl adı Çan Kon San) anadan olub.
   
   8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub.
   8 aprel 1843 - Danimarka bəstəkarı, dirijor Asqer Hamerik (1843-1923) anadan olub.
   8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.
   8 aprel 1921 - Məşhur çex bəstəkarı Yan Novak (1921-1984) anadan olub.   

   9 aprel 1336 - Türk tarixinin görkəmli simalarlından biri, dövlət xadimi, dövrünün məğlubedilməz sərkərdəsi Əmir Teymurun (1336 - 18.2.1405) anadan olmasının 675 illiyidir. Özbəkistanın Qaşqadərya vilayətinin Xoca İlqar kəndində anadan olub. Səmərqənddə dəfn olunub.
   9 aprel 1821 - Məşhur Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire, 1821-1867) anadan olub.
   9 aprel 1906 - Tanınmış amerikalı dirijor Antal Doratinin (1906-1988) doğum günüdür.
   9 aprel 1925 - Rus heykəltəraşı, qrafik-rəssam Ernst Neizvestnı anadan olub.
   9 aprel 1933 - Dünya şöhrətli fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub.
   
   10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
   10 aprel 1932 - Misir əsilli tanınmış Amerika aktyoru Ömər Şərif anadan olub.
   10 aprel 1937 - Tanınmış rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub.
   10 aprel 1951 - Məşhur amerikalı kinoaktyor Stiven Siqal (Steven Seagal) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar