Bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə, saat 03.21-də qədəm qoyacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, həmin dəqiqədə Azərbaycanda gecə-gündüz bərabərliyi qeydə alınacaq. Bundan sonra Günəş şimal yarımkürəsinə tərəf hərəkət edəcək, günlər uzanacaq. Martın 20-si axşam həm də bayram axşamı hesab olunacaq.