Azərbaycan
   
   7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “Qızmar günəş altında”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
   7 may 1998 - Tanınmış kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib.
   
   8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev, 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
   8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. Vətənpərvərlik mövzusunda simfonik əsərlərin müəllifidir, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
   8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
   
   Dünya
   
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud 1856-1939) anadan olub.
   6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
   6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
   6 may 1922 - Tanınmış rus teatr və kino aktyoru, SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri» (Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Şpak) və s. filmlərdə yaddaqalan komik obrazlar yaradıb.
   6 may 1960 - Fransız aktrisası Ann Pariyo (Anne Parillaud) anadan olub. “Nikita” serialındakı baş rolu ilə məşhurlaşıb.
   6 may 1961 - Məşhur Amerika kino aktyoru, rejissor, ssenarist Corc Kluni (George Timothy Clooney) anadan olub.
   
   7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
   7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (25.4 (7.5.) 1840 - 1893) anadan olub. 80-dən çox musiqi əsərinin, 10 opera (“Yevgeni Onegin”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”) müəllifidir.
   7 may 1861 - Görkəmli hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub.
   7 may 1895 - Rusiya ixtiraçısı, fizik və elektrotexnik Aleksandr Popov Peterburqda ilk radio qurğusunu nümayiş etdirib. Bu hadisənin 50-ci ildönümü ilə bağlı SSRİ hökuməti 7 mayı “Radio günü” elan etmişdi (1945). Hazırda Rusiyada bu gün qeyd olunur.
   7 may 1901 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatı laureatı Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub.
   7 may 1953 - Türkiyənin məşhur müğənnisi, bəstəkar Müslüm Gursəs Şanlıurfada doğulub.
   
   8 may 1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub.
   8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub.
   8 may 1914 - Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev, 1914-1980) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar