Azərbaycan
20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1938) Şəkidə anadan olub.
20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) anadan olub. Uzun illər Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
20 may 1920 - Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Mədəniyyət müəssisəsi qadınlar arasında mədəni-maarif işinə mühüm töhfələr verib. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar. Klubun filialı kimi fəaliyyətə başlayan İsrafil Əbilov adına Mədəniyyət Mərkəzi (Bakının Yasamal rayonu) bu gün də paytaxtın mühüm mədəniyyət ocaqlarındandır.
20 may 1920 - Tanınmış filosof alim, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov (1920-1984) Ağdamda anadan olub.
20 may 1923 - Dramaturq, publisist Rauf İsmayılov (1923-1980) anadan olub. «İkinci ailə», «Son məktub» pyesləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.
20 may 1929 - Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929 - 19.4.2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.
20 may 1930 - Şair Tapdıq Şirin oğlu Orucov (1930-2004) anadan olub.
20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı” (1981), “Sağ ol, ana dilim” (1983), «Qan yaddaşı» (1986), «Ömür kitabı» (1988), «Atamın ruhu» (2002), «Xətai yurdu» (2003) və s. kitabların müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.
21 may 1940 - Şair Rübail Nəcəf oğlu Allahverdiyev anadan olub. Azərbaycan Aqrar Universitetinin (Gəncə) professorudur.
22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dövlət Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında (1956-1960), Akademik Milli Dram Teatrında (1960-1963), Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor olub. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya Mürşüdov) çəkilib. Uzun illər Dövlət Teatr İnstitutunda dərs deyib.
22 may 1937 - Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. «Babək» baletinin, musiqinin müxtəlif janrlarında əsərlərin müəllifidir. Bir sıra kinofilmlərə musiqi yazıb.
23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi olub, «Xətai» təxəllüsü ilə əsərlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. “Şirin xatirə”, “Bahar yağışı”, “Əsrin onda biri” , “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir. Naxçıvan Ali Sovetinin sədri (1963-1967) işləyib.
23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundov adına Milli Kitabxana) təntənəli açılışı keçirilib.
23 may 1955 - Tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İttifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulub. 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabların müəllifidir.
Dünya
20 may 1799 - Dünya ədəbiyyatının klassiki, fransız yazıçısı Onore de Balzak (Honore de Balzac, 1799 - 18.8.1850) anadan olub. "Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
20 may 1830 - Fransız yazıçısı Ektor Malo (Hector Malot. 1830-1907) anadan olub.
20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub.
20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer) anadan olub.
20 may 2009 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) vəfat edib.
21 may Dünya (Dialoq və İnkişaf Naminə) Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.
21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
21 may 1855 - Belçika şairi, dramaturq və tənqidçi Emil Verharn (1855-1916) anadan olub.
21 may 1906 - SSRİ Xalq artisti, rejissor, aktyor, ssenarist Sergey Gerasimov (1906-1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Uzun illər ÜİDKİ-də dərs deyib, aktyor və rejissorların (o cümlədən Azərbaycandan) hazırlanmasına töhfə verib.
21 may 1937 - Məşhur gürcü aktrisası Sofiko Mixaylovna Çiaureli (1937-2008) anadan olub. Filmləri: “Qəm yemə”, “Əlibaba və 40 quldur”, “Qadını axtarın” və s.
22 may 1813 - Böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından olub. Əsərləri: “Tristan və İzolda”, “Tanrıların məhvi” operaları və s.
22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.
22 may 1885 - Fransız romantizminin banisi, görkəmli yazıçı Viktor Hüqo (Victor Marie Hugo; 26.2.1802 - 1885) vəfat edib. «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.
22 may 1913 - SSRİ Xalq artisti, bəstəkar Nikita Boqoslovski (1913-2004) anadan olub. Populyar mahnıların və kino musiqilərinin müəllifidir.
23 may 1921 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.
23 may 1930 - Tanınmış rus teatrşünası, teleaparıcı Vitali Yakovleviç Vulf (1930 - 13.3.2011) Bakıda anadan olub.
23 may 1933 - Tanınmış ingilis aktrisası Coan Kollinz (Joan Henrietta Collins) anadan olub.
Hazırladı: Vüqar Orxan