Azərbaycan
   
   31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
   31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. Uşaqlar üçün çoxsaylı musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir.
   
   1 iyun 1920 - Azərbaycanda teatrların milliləşdirilməsi haqqında dekret verilib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
   1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov anadan olub.
   
   2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
   2 iyun 1938 - Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilib. 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
   2 iyun 1957 - Xalq artisti, tanınmış müğənni Şahnaz Həsən qızı Haşımova Gəncədə doğulub. Uzun illər “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub, ansambla rəhbərlik edib.
   2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” flimlərini çəkib.
   
   Dünya
   
   31 may “Tütünsüz dünya günü” kimi qeyd olunur (World No Tobacco Day). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
   31 may 1802 - İtalyan bəstəkarı Çezare Punyi (1802-1870) anadan olub. Uzun müddət Rusiyada yaşayıb, “Qozbel at” baletinin müəllifidir.
   31 may 1809 - Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) vəfat edib.
   31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   31 may 1892 - Rus yazıçısı Konstantin Georgiyeviç Paustovski (1892-1968) anadan olub. “Həyat haqqında povest” silsilə kitablarının müəllifidir.
   31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” və s. romanları, “Canavar”, “Çovğun”, “Adi adam” pyesləri və s.
   31 may 1930 - Amerika aktyoru və kinorejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. Dörd dəfə (o cümlədən 2 dəfə rejissor kimi) “Oskar” mükafatına layiq görülüb.
   
   1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
   
   1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
   1 iyun 1923 - Rus yazıçısı Boris Andreyeviç Mojayev (1923-1996) anadan olub. Əsərləri: “Kişilər və arvadlar” romanı, “Fyodor Kuzkinin həyatından” povesti və s.
   
   1 iyun 1926 - Dünya şöhrətli Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe, əsl adı Norma Jean Mortenson) (1926-1962) anadan olub.
   1 iyun 1929 - Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   
   2 iyun 1740 - Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizm cərəyanının banisi kimi tanınan fransız yazıçısı Donaten Alfons de Sad (Donatien Alphonse François de Sade; 1740-1814) anadan olub.
   2 iyun 1816 - İngilis yazıçısı, sentimental romanlar müəllifi Qreys Aqilyar (Grace Aguilar, 1816-1847) anadan olub.
   2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
   2 iyun 1896 - İtalyan ixtiraçı Guglelmo Markoni (Guglielmo Marchese Marconi (1874-1937) Amerikada ilk radioqəbuledicinin patentini alıb. Digər versiyaya görə, radionun ixtiraçısı rus Aleksandr Popov (1859-1905) sayılır, o, 1895-ci il mayın 7-də ilk radioqəbuledicini nümayiş etdirib.
   2 iyun 1904 - Dünya kinosunda Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller, 1904-1984) anadan olub. Vaysmüller dünya şöhrətli idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub.
   2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor, 1924 - 1988) vəfat edib.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar