Azərbaycan
   
   10 iyun 1904 - Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub.
   10 iyun 1935 - Şair İltifat Saleh oğlu Salayev Lənkəran rayonunun Boladi kəndində anadan olub.
   10 iyun 1938 - Şair Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.
   10 iyun 1982 - Bakıda görkəmli müğənni, Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
   10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. \"Beş manatlıq gəlin\" (1939), \"Durna\" (1947), \"Rəisin arvadı\" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün bir çox dərs vəsaitləri yazıb.
   
   11 iyun 1913 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (1913 - 2.11.1988) anadan olub. 1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. \"Onu bağışlamaq olarmı?\" (Kəmalə xanım), \"İnsan məskən salır\" (Ana) filmlərində çəkilib.
   
   12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib. \"Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
   12 iyun 1933 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov (1933 - 4.10.2006) anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Filmoqrafiya: \"Ulduz\" (Möhsün), \"Qanun naminə” (Arif), “Onun bəlalı sevgisi\"ndə (Qaraxalov), \"Alma almaya bənzər\" (Məmmədəli), \"Şirbalanın məhəbbəti\" (Şirbala). 1989-1996-cı illərdə \"Tənqid-təbliğ\" teatrına, 1996-2006-cı illərdə Musiqili Komediya Teatrına rəhbərlik edib.
   12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mirqasımov anadan olub. Filmləri: “Gümüşü furqon” (1982), “Cin mikrorayonda” (1985), “Şeytan göz qabağında” (1987), “Ovsunçu” (2003), “Günaydın, mələyim! (2008) və s.
   
   13 iyun 1709 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
   13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultay iyunun 17-dək davam edib.

   13 iyun 1959 – Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub. Səhnə fəaliyyətinə 1978-ci ildən başlayıb. Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif yaddaqalan obrazlar (Xavər ("İblis", H. Cavid), Solmaz, Pəri ("Od gəlini", "Solğun çiçəklər", C. Cabbarlı), Nazlı, Bənövşə ("Əliqulu evlənir", "Nişanlı qız", S. Rəhman), Lalə, Gülrux, Ağabəyim ağa ("Büllur sarayda", "Şeyx Xiyabani", "Hökmdar və qızı", İ. Əfəndiyev) və s.) yaradıb, televizya film və tamaşalarında çəkilib.

   Dünya
   
   10 iyun 1799 - İtalyan əsilli rus rəssamı, rus akademizminin tanınmış nümayəndəsi Fyodor Antonoviç Bruni (1799-1875) anadan olub.
   10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet) (1819-1877) anadan olub. Peyzaj, portret və naturalist rəsmləri ilə tanınıb.
   10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
   10 iyun 1915 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol Bellou (Saul Bellow, 1915-2005) anadan olub.
   10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-in Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
   10 iyun 1930 - Tanınmış rus rəssamı İlya Qlazunov anadan olub. 1987-ci ildən Rusiya Boyakarlıq və Heykəltəraşlıq Akademiyasının rektorudur.
   10 iyun 1936 - SSRİ-də ilk cizgi filmi istehsal edən studiya - «Soyuzmultfilm» kinostudiyası yaradılıb.
   10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” (2007, son roman) və s.
   
   11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.
   11 iyun 1864 - Görkəmli alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.
   11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” ronamları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.
   11 iyun 1910 - Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.
   
   12 iyun 1819 - İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.
   12 iyun 1921 - Tanınmış ispan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.
   
   13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.
   13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur kinoaktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk - Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.
   13 iyun 1943 - İngilis kinoaktyoru Malkolm Makdauell (Malcolm McDowell) anadan olub. Filmləri: “Kaliqula”, “Çar qatili”, “Pişik-insanlar” və s.
   13 iyun 1953 - Tanınmış Amerika aktyoru Tim Allen anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar