Azərbaycan
   
   12 iyul (köhnə təqvimlə 30 iyun) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundov (1812 - (26.2) 10.3.1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü il martın 10-da Axundovun “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan peşəkar teatrının əsası qoyulub.
   
   12 iyul 1915 - Teatr xadimi, rejissor Zəfər Paşa oğlu Nemətov (1915-1971) anadan olub. Yaradıcılığının böyük dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Tanınmış rejissor, Xalq artisti Azər Paşa Nemətin atasıdır.
   12 iyul 1940 - Bəstəkar Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Mahnılar, teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə” - ssenari və musiqinin müəllifi), filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb.
   13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 - 10.5.1960) anadan olub.
   13 iyul 1910 - Yazıçı, dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvanda, Culfanın Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir. Azərbaycan Yazıçıları İttifaqı Naxçıvan filialının məsul katibi, Naxçıvan Radio Verilişləri Komitəsinin müdiri və s. vəzifələrdə çalışıb.
   13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda" monumental tablosu, "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu və s. əsərlərin müəllifidir. Rəsmləri dünyanın 20-dən çox ölkəsində sərgilənib.
   13 iyul 1936 - Tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Xoşbəxtlik qayğıları», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim», “Alman klinikasına şəxsi səfər” və s. bədii filmlərin rejissorudur.
   13 iyul 1946 - Bəstəkar Eldar Səid oğlu Rüstəmov anadan olub.
   
   14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini üç dildə (Azərbaycan, rus və erməni) tədris edib. 10-dək kitabın müəllifidir.
   14 iyul 1939 - Ədəbiyyatşünas, publisist Həmid Alı oğlu Vəliyev anadan olub.
   14 iyul 1990 - SSRİ prezidenti Mixail Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb. Fərmandan sonra Sovet İttifaqı ərazisində özəl telekanallar açılmağa başlayıb. Azərbaycanda fəaliyyətə başlayan (1991) ilk özəl telekanal ANS oldu.
   
   Dünya
   
   12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
   12 iyul 1817 - Amerika yazıçısı və filosofu Henri Devid Toro (Henry David Thoreau, 1817-1862) anadan olub. Əsərləri: “Uolden, və ya meşədə həyat”, “Ali qanunlar” və s.
   12 iyul 1868 - Alman şairi Stefan George (Stefan George, 1868-1933) anadan olub.
   12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning; 1880-1962) anadan olub. Qorxu filmlərinin (“Şeytan kuklası”, “Vampir işarəsi”, “Drakula”, “Dəmir adam” və s.) müəllifidir.
   12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin (əsasən nyu janrında) mahir ustası olub.
   12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Nerudanın (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) doğum günüdür.
   12 iyul 1908 - Fransız aktyoru Alen Küni (Alain Cuny - Rene Xavier Marie, 1908-1994) anadan olub.
   12 iyul 1934 - Dünya şöhrətli Amerika pianoçusu Van Klibern (Van Cliburn - Harvey Lavan Cliburn) anadan olub.
   
   13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqnerin (Otto Koloman Wagner, 1841-1918) doğum günüdür.
   13 iyul 1923 - SSRİ Xalq artisti, məşhur aktyor Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı və Şurikin başqa macəraları” - iş icraçısı Pal Stepanıç, “Sportloto-82” - San Sanıç Muraşko, “İvan Vasilyeviç peşəsini dəyişir” - rejissor Karp Yakin) çəkilib.
   13 iyul 1928 - Rus yazıçısı, tarixi romanların müəllifi Valentin Pikul (1928-1990) anadan olub. Tarixi və hərbi mövzuda əsərlərin “Bayazet”, “Söz və iş”, “Favorit” romanları və s.) müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
   13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
   13 iyul 1941 - Fransız aktyoru Jak Perren (Jacques Perrin) anadan olub.
   13 iyul 1942 - Amerika aktyoru Harrison Ford (Harrison Ford) anadan olub.
   13 iyul 1954 - Məşhur türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların (“Sən ağlama”, “Get”, “Geri dön”, “Sarışınım”, “Məni unutma”, “Dəyər mi?” və s.) mahnıların, filmlərə musiqilərin müəllifidir. Türk estradasının bir sıra ulduzları (Tarkan, Sərtab Ərənər, Hande Yenər, Yıldız Tilbe və s.) onun sayəsində parlayaraq musiqi dünyasına çıxıblar.
   
   14 iyul 1454 - Avropa intibah dövrünün italyan şairi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub. İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifidir.
   14 iyul 1743 - Rus şairi Qavriil Romanoviç Derjavin (1743-1816) anadan olub.
   14 iyul 1860 - Rus tarixçisi, şairi, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Məşhur «Qafqaz» kitabının müəllifidir.
   14 iyul 1862 - Avstriya modernist rəssamı Qustav Klimt (1862-1918) anadan olub.
   14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (İrving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
   14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (İsaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicat verən günahkar”, “Muskat ailəsi” romanları və s.
   14 iyul 1910 - Amerika multiplikatoru, Tom və Cerri haqqında cizgi filmlərinin həmmüəllifi (Cozef Barbera ilə birlikdə) Uilyam Hanna (William Hanna, 1910-2001) anadan olub.
   14 iyul 1918 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist və yazıçı İnqmar Berqman (Ernst İngmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
   14 iyul 1919 - Fransız aktyoru Lino Ventura (Lino Ventura - Angiolino Joseph Pascal Ventura, 1919-1986) anadan olub. “Yüz gün Palermoda”, “Əlvida, polis”, “Macəra axtaranlar” və s. filmlərdə çəkilib.
   14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.
   14 iyul 1939 - Çexiyanın məşhur müğənnisi Karel Qott (Karel Gott) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar