Azərbaycan
  
   1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci il avqustun 1-də Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Azərbaycanda latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.
   1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
   1 avqust 1934 - Ədəbiyyatşünas, professor Xeyrulla Qulam oğlu Məmmədov anadan olub.
   1 avqust 1948 - Tanınmış kinooperator, rejissor Ələkbər Muradov anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” - operator; “Güllələnmə təxirə salınır” - rejissor.
   1 avqust 1960 - Kinoşünas, rejissor, ssenarist Ayaz Salayev anadan olub. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə” (psixiatr), “Təxribat” (vəkil) filmlərində çəkilib.
  
   Dünya
  
   29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville, 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.
   29 iyul 1900 - İsveç yazıçısı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub. 1974-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
   29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub. Əsərləri: “İnsan tək çörək üçün yaşamır”, “Ağ geyimlər”.
   29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
   29 iyul 1925 - Yunan bəstəkarı, məşhur «Sirtaki» rəqsinin müəllifi Mikis Teodorakis anadan olub.
   29 iyul 1954 - Məşhur bəstəkar, Rusiyanın Xalq artisti İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir, “Muz TV” kanalının, “Yeni dalğa” (Yurmala) musiqi festivalının yaradıcılarından biridir.
   29 iyul 1963 - Amerika aktrisası Aleksandra Pol (Alexandra Paul) anadan olub.
  
   30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari, 1511-1574) anadan olub.
   30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
  
   30 iyul 1947 - Avstriya əsilli məşhur Amerika kinoaktyoru Arnold Şvarsnegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Konan-varvar”, “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. 2003-2009-cu illərdə Kaliforniya ştatının qubernatoru olub.
   30 iyul 1948 - İspan əsilli məşhur fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
   30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
   30 iyul 1974 - Amerika aktrisası, Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.
   30 iyul 2007 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman (Ernst İngmar Bergman; 14.12.1918 - 2007) vəfat edib. Filmləri: “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq”, “Qızlar bulağı” (“Oskar”) və s.
  
   31 iyul 1848 - Fransız bəstəkarı Rober Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
   31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
   31 iyul 1906 - Rus-sovet aktrisası, SSRİ Xalq artisti Vera Mareskaya (1906-1978) anadan olub.
   31 iyul 1914 - Dünya şöhrətli fransız (ispan əsilli) komik aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas” kinotrilogiyasında, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. filmlərlə məşhurlaşıb.
   31 iyul 1950 - Amerika aktyoru və rejissoru Leyn Devis (Lane Davies) anadan olub.
   31 iyul 1962 - Amerika kinoaktyoru Uesli Snayps (Wesley Snipes) anadan olub. Filmləri: “Dağıdıcı” (Silvester Stallone ilə), “Fanat” (Robert de Niro ilə) və s.
   31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu Si Si Ketç (C.C.Catch - Caroline Catherine Müller) anadan olub. Ötən əsrin 80-ci illərində Diter Bolenin («Modern Talking» qrupu) mahnıları ilə məşhurlaşıb.
   31 iyul 1965 - İngilis yazıçısı, Harri Potter haqqında kitabların müəllifi Coan Ketlin Roulinq (Joanne Kathleen Rowling) anadan olub.
  
   1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville, 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
   1 avqust 1923 - Məşhur rus-sovet televiziya aparıcısı və diktor, SSRİ Xalq artisti Valentina Leontyeva (1923-2007) anadan olub.
   1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, məşhur detektiv romanların müəllifi Karter Braun (1923-1985) anadan olub.
   1 avqust 1936 - Dünya şöhrətli fransız modelyeri İv Sen Loran (Yves Henri Donat Mathieu-Saint-Laurent) anadan olub.
   1 avqust 1942 - Məşhur italyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
  
   1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
  
   1 avqust 1965 - Amerika kinorejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar