Telekanal beynəlxalq tədbirlə bağlı 1 həftə ərzində verilişlər nümayiş etdirəcək
   
   Dünyanın nüfuzlu “Euronews” televiziya kanalı Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas media tərəfdaşıdır. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə “Euronews” televiziya kanalı arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, telekanal Forumda çəkiliş aparacaq və tədbirdən sonra verilişi 1 həftə ərzində 20 dildə 20 dəfə nümayiş etdirəcək. Forumun dünyada geniş coğrafiyada təbliğini “Euronews” telekanalı tərəfindən həyata keçirilməsi tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir.