Azərbaycan
   
   27 sentyabr 1942 - Tanınmış ərəbşünas-alim, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir. 20-dən çox monoqrafiya, dərslik, tərcümə kitablarının müəllifidir.
   
   28 sentyabr 1978 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908, Ərdəbil - 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam” romanları və s. nəsr əsərlərinin müəllifidir.
   
   29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. "Təzkireyi-Nəvvab" toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyat və yaradıcılığı haqqında məlumatlar toplayıb. Şuşada "Məclisi-fəramuşan" ədəbi məclisini təşkil edib.
   
   30 sentyabr 1920 - Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.
   30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945- 1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatı laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “ Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
   30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884-1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.
   30 sentyabr 1962 - Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qara Volqa", “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.
   30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Məmmədov (10.10.1953 - 1991) dünyasını dəyişib.
   30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.
   
   1 oktyabr - Beynəlxalq Ahıllar günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
   1 oktyabr həmçinin Beynəlxalq Musiqi günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada geniş konsert proqramları ilə qeyd edilir.
   1 oktyabr 1932 - Azərbaycan kinosunda yaddaqalan obrazlar yaratmış Əkbər Fərzəliyev (1932-1999) anadan olub. Filmləri: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz) və s.
   1 oktyabr 1949 - Şair Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
   1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. Əsas partiyaları: "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal və s. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub.
   1 oktyabr 1962 - Rejissor Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. 1987-ci ildən Milli Dram Teatrında çalışır.
   1 oktyabr 1965 - Qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 14 (18).2.1895 - 1965) vəfat edib. Nizami, Xəqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
   
   2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan (6.8.1832 - 1897) vəfat edib.
   2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş Məmmədzadə anadan olub.
   2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   3 oktyabr - “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.
   3 oktyabr 1875 - Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.
   3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
   3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev (26.5.1914, Füzuli - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani» və s. pyeslərin müəllifidir.
   
   4 oktyabr 1923 - Məşhur sovet aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. S.Vurğun adına Rus Dram Teatrında çalışıb. “Azərbaycanfilm”də “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   4 oktyabr 1924 - Tanınmış opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Opera səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Nigar (“Koroğlu”) və s. rolları məharətlə oynayıb. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
   4 oktyabr 1956 - Rəssam, sənətşünas Rafiq Məhərrəm oğlu Quliyev Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Beynəlxalq və ümumittifaq festivalların laureatı, təsviri sənətə aid bir neçə kitabın müəllifidir. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə İncəsənət bilikləri şöbəsinə rəhbərlik edir.
   4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib. Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir.
   4 oktyabr 2006 - Xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".
   
   Dünya
   
   27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
   27 sentyabr 1972 - Amerika kinoaktrisası, «Oskar» laureatı Qvinet Peltrou (Gwyneth Kate Paltrow) anadan olub.
   
   28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub.
   28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub.
   28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.
   28 sentyabr 1915 - Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
   28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.
   28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
   28 sentyabr 1934 - Məşhur fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.
   
   29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb.
   29 sentyabr 1703 - Fransız rəssamı Fransua Buşe (François Boucher, 1703-1770) anadan olub.
   29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaskell (Elizabeth Cleghorn Gaskell, 1810-1865) anadan olub.
   29 sentyabr 1904 - Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “İnqilabdan doğulmuşlar”, “Polad necə bərkidi?”.
   29 sentyabr 1912 - Görkəmli italyan kinorejissoru, «Oskar» laureatı Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912 - 30.7.2007) anadan olub.
   29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub.
   29 sentyabr 1932 - Amerika kinorejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton (Robert Benton) anadan olub.
   
   30 sentyabr 1715 - Fransız filosofu, assosiativ psixologiyanın banisi Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
   30 sentyabr 1917 - Məşhur rus rejissoru, Taqanka Teatrının rəhbəri Yuri Lyubimov anadan olub.
   30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.
   30 sentyabr 1924 - Amerika yazıçısı Truman Kapote (Truman Capote - Truman Streckfus Persons, 1924-1984) anadan olub.
   30 sentyabr 1961 - Amerika aktyoru Erik Ştols (Eric Stoltz) anadan olub.
   30 sentyabr 1964 - Məşhur italyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.
   
   1 oktyabr 1791 - Rus yazıçısı Sergey Aksakov (1791-1859) anadan olub.
   1 oktyabr 1865 - Fransız bəstəkarı Pol Düka (Paul Dukas, 1895-1935) anadan olub.
   
   1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, filosof, şair Lev Nikolayeviç Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
   
   1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
   1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.
   1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremi» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub.
   
   2 oktyabr 1832 - Görkəmli ingilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.
   2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub.
   2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub.
   2 oktyabr 1951 - Dünya şöhrətli ingilis rok müğənnisi Stinq (Sting - Gordon Matthew Thomas Sumner) anadan olub.
   2 oktyabr 1951 - Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) anadan olub.
   
   3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub.
   3 oktyabr 1895 - Məşhur rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
   3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.
   3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub.
   3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub.
   
   4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
   4 oktyabr 1814 - Fransız rəssamı Jan Mille (Jean-François Millet, 1814-1875) anadan olub.
   4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
   4 oktyabr 1847 - Fransız yazıçısı Lui Anri Bussenar (Louis Henri Boussenard, 1847-1910) anadan olub.
   4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar