Azərbaycan
   
   22 noyabr 1918 - Yazıçı-dramaturq Firudin Ağayev (1918-1981) anadan olub.
   22 noyabr 1922 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi bəstələyib.
   22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) anadan olub. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.
   22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933 - 12.7.2006) Şəkidə doğulub. 1956-cı ildən “Azərbaycanfilm”də quruluşçu operator (“Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən quruluşçu rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s.) kimi fəaliyyət göstərib. Sənətkarın yaradıcılıq filmoqrafiyasına sənədli və bədii janrda 70-dək film daxildir.
   22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), “Gün keçdi” (Oqtay), “Yeddi oğul istərəm” (Bəxtiyar), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski) və s.
   22 noyabr 1950 - Populyar bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub. Operettaların (”Məhəbbət oyunu”, ”Yeddi məhbusə“), simfoniyaların müəllifidir, onlarla teatr və televiziya tamaşalarına, bədii və sənədli filmlərə musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.
   
   23 noyabr 1923 - Yazıçı, şair Əmrah Əmrahov (1923-1988) anadan olub. Uzun illər "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib.
   23 noyabr 1936 - Ədəbiyyatşünas alim, professor, yazıçı-dramaturq Aqşin Əlisəttar oğlu Babayev anadan olub.
   23 noyabr 1945 - Bəstəkar Mobil Babayev anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə musiqi yazıb.
   23 noyabr 1948 - Dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, ilk milli operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) müəllifi, Milli Konservatoriyanın qurucusudur.
   23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Görüş”, “Onun böyük ürəyi”, “Fətəli xan”, “Dərviş Parisi partladır” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   24 noyabr 1922 - Opera müğənnisi Rəhilə Cabbarova (1922-2002) anadan olub. “Kölgələr sürünür” filmində (Cahan), “Sevil” film-operasında (Gülüş, mahnıların ifası) çəkilib.
   24 noyabr 1924 - Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
   24 noyabr 1939 - Beyləqan (1990-cı ilədək Jdanov adlanıb) və İsmayıllı rayonları təşkil olunub.
   24 noyabr 2001 - Aktyor Səyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. “Əhməd haradadır” (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) filmlərində yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   22 noyabr 1801 - Rus yazıçısı, etnoqraf və dilçi alim Vladimir İvanoviç Dal (1801-1872) anadan olub.
   22 noyabr 1808 - Britaniyalı iş adamı, dünyada ilk turizm agentliyinin (1841) yaradıcısı Tomas Kuk (Thomas Cook; 1808-1892) anadan olub.
   22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
   22 noyabr 1916 - Dünya şöhrətli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   22 noyabr 1928 - Məşhur rus nəğməkar şairi Nikolay Dobronravov anadan olub.
   22 noyabr 1940 - Amerika kinorejissoru, ssenarist, multiplikator Terri Gilliam (Terence Vance Gilliam) anadan olub.
   
   23 noyabr 1875 - Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
   23 noyabr 1887 - İngilis aktyoru, məşhur qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.
   23 noyabr 1908 - Rus uşaq yazıçısı Nikolay Nosov (1908-1976) anadan olub.
   23 noyabr 1933 - Polyak bəstəkarı Kşiştof Pendereski (Krzysztof Penderecki) anadan olub.
   
   24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
   24 noyabr 1888 - Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.
   24 noyabr 1913 - İrland əsilli Amerika aktrisası Ceraldin Fitscerald (Geraldine Fitzgerald, 1913 - 17.7.2005) anadan olub.
   24 noyabr 1934 - Görkəmli Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub. Əsərləri: "Cezualdo", "Doktor İohann Faustun əhvalatı" operaları, "Labirintlər" baleti və s.
   24 noyabr 1948 - Amerika fantast-yazıçısı Spayder (Pol) Robinson (Spider Robinson) anadan olub.
   24 noyabr 1954 - Tanınmış serb kinorejissoru Emir Kusturitsa (Emir Kusturica) keçmiş Yuqoslaviyanın Sarayevo (indiki Bosniya-Herseqovinanın paytaxtı) şəhərində doğulub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar