Azərbaycan
   
   1 fevral 1949 - Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi. Bundan sonra, 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı “Amerika-Azərbaycan” Cəmiyyətini təsis etdi. Hazırda quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
   1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927- 2004) vəfat edib. 60-dan çox televiziya tamaşasına, “İtkin gəlin” teleserialına quruluş verib. “O olmasın, bu olsun” (Sərvərin dostu), “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   
   2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891-22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
   2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912-2.5.1969) anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
   2 fevral 1932 - Tanınmış dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib. “Şöhrət” ordeni ilə (2000) təltif edilib.
   2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
   2 fevral 1945 - Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) 20.3.1879-1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
   2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.   

   Dünya
   
   1 fevral 1895 - Amerika kinorejissoru, rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülmüş Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub.
   1 fevral 1901 - Amerika aktyoru, “Oskar” laureatı Klark Qeybl (William Clark Gable; 1901-1960) anadan olub. «Küləklə sovrulanlar» filmində Rett Bartler rolu ilə məşhurlaşıb.
   1 fevral 1902 - Amerika yazıçı-dramaturqu, şair Lenston Hyuz (James Mercer Langston Hughes, 1902-1967) anadan olub.
   1 fevral 1942 - Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Valeryanoviç Leşşenko anadan olub.
   1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcısı Barış Manço (2.1.1943 - 1999) vəfat edib.
   
   2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub.
   2 fevral 1616 - Fransız rəssamı Sebastian Burdon (Sebastien Bourdon, 1616-1671) anadan olub.
   2 fevral 1700 - Alman yazıçısı və mədəniyyət xadimi Yohann Kristof Qottşed (Johann Christoph Gottsched; 1700-1766) anadan olub.
   2 fevral 1870 - Rus yazıçısı Fyodor Dmitriyeviç Kryukov (1870-1920) anadan olub. Bəzi versiyalara görə, Mixail Şoloxova Nobel mükafatı qazandıran məşhur “Sakit Don” romanının ilk variantının müəllifi F.Kryukov olub.
   2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
   2 fevral 1875 - Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından biri Frits Kreysler (Fritz Kreisler; 1875-1962) anadan olub.
   2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
   2 fevral 1883 - Rus bəstəkarı, məşhur musiqiçilər ailəsi Qnesinlərin nümayəndəsi Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Onun beş bacısı də tanınmış musiqiçi olublar və bu gün Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını qoyublar.
   2 fevral 1905 - Amerika yazıçısı və filosofu Ayn Rand (Ayn Rand - Alisa Zinovyevna Rozenbaum; 1905-1982) Sankt-Peterburqda doğulub.
   2 fevral 1934 - Tanınmış gürcü rejissoru Otar İoseliani anadan olub. 1984-cü ildə Fransaya mühacirət edib, 2006-da Gürcüstana qayıdıb. Filmləri: “Ayın favoritləri”, “Nəğməkar qaratoyuq vardı”, “Çoban” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar