Azərbaycan
   
   3 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (20.2.1900 - 1962) vəfat edib.
   3 fevral 1938 - Yazıçı, publisist Şamil Süleymanlı anadan olub.
   3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   4 fevral 1921 - Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) Bakıda anadan olub. 1930-cu ildə ailəsi ilə İrana köçüb. 1944-cü ildə ABŞ-a gedib, Massaçusets Texnologiya Universitetində oxuyub, Kolumbiya Universitetində professor elmi dərəcəsi alıb. 1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində istifadə olunur.
   4 fevral 1939 - Xalq artisti, aktyor Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
   4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlu anadan olub. “Qorxma, mən səninləyəm” (baş rolun ifaçısı), “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi” və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildə ölkəmizin Rusiyada səfiri təyin edilib.
   4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.
   
   5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.
   5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək barədə qərar verib.
   5 fevral 1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. 100-dən artıq mahnı və təsniflər yaradıb.
   5 fevral 1948 - Şair, dramaturq Mərkəz Qacar anadan olub.
   5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 fevral 1991 - Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” qanun qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli, üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
   
   6 fevral 1905 - Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib.
   6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. "Qaraca qız" (Yasəmən), "Qərib cinlər diyarında” (Tükəz), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.
   6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 60-dan çox televiziya tamaşasının rejissoru olub. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub.
   
   7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919-27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
   
   Dünya
   
   3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809-4.11. 1847) anadan olub. Məşhur “Toy” marşının müəllifidir.
   3 fevral 1881 - Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Aleksandroviç Protazonov (1881-1945) anadan olub.
   3 fevral 1899 - Çin ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Lao Şe (1899-1966) anadan olub.
   
   4 fevral 1889 - Rus filosofu və kulturoloqu Pitirim Aleksandroviç Sorokin (1889-1968) anadan olub.
   4 fevral 1900 - Fransız şairi, kinossenarist Jak Prever (Jacques Prevert, 1900-1977) anadan olub.
   4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
   
   5 fevral 1808 - Alman rəssamı, bidermayer (məişət və interyer detallarının, sadə adamların təsviri) üslubunun məşhur nümayəndəsi Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.
   5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
   5 fevral 1836 - Rus ədəbiyyatşünası Nikolay Aleksandroviç Dobrolyubov (1836-1861) anadan olub.
   5 fevral 1914 - Tanınmış Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.
   5 fevral 1943 - Amerika kinorejissoru, ssenarist və prodüser Maykl Mann (Michael Mann) anadan olub.
   
   6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
   6 fevral 1895 - Alman rəssamı Frans Radzvill (Franz Radziwill) anadan olub.
   6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut) anadan olub.
   
   7 fevral 1478 - İngilis mütəfəkkiri və yazıçısı, katolik din xadimi Tomas Mor (Thomas More, 1478-1535) anadan olub. “Utopiya” əsərinin müəllifidir.
   7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
   7 fevral 1885 - Amerika yazıçısı, amerikalı yazıçılar arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
   7 fevral 1954 - Alman müğənnisi, bəstəkar və prodüser Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” duetinin üzvü, bəstəkar və estrada ulduzu C.C.Catch-in prodüseri kimi tanınıb.
   
   Hazırladı: Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar