Azərbaycan
   
   5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
   5 mart 1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizm təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
   5 mart 1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub.
   5 mart 1947 - Ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı anadan olub.
   5 mart 1956 - Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.
   5 mart 1957 - Əməkdar artist Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız”, “Milli bomba” və s.) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.
   
   6 mart 1920 - Ədəbiyyatşünas, tənqidçi Yəhya Qasım oğlu Seyidov (1920-4.12.1980) Ordubadda anadan olub.
   6 mart 1931 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
   6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884-1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, həmin il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.
   
   7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
   7 mart 1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-31.5.1983) anadan olub.
   7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar doğulduğu kənddə dünyasını dəyişib.
   7 mart 1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.
   7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945-15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
   
   8 mart 1338 - Filosof, şair, görkəmli mütəfəkkir Əvhədi Marağayi (Ruhnəddin; təx. 1274-1338) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru «Cəmşid piyaləsi») müəllifidir.
   8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-25.6.1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), "Telefonçu qız" (Zakirin atas), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
   8 mart 1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımova anadan olub. “Lalə” qızlar ansamblının yaradıcısı və bədii rəhbəridir.
   8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940-11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi”, “Doğma sahillər” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.
   8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947-24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
   8 mart 1947 - Şair, yazıçı Məmməd Oruc anadan olub. "Ailə səadəti", "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.
   
   9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929-15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
   9 mart 1947 - Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova anadan olub.
   9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib. Pyesləri tamaşaya qoyulub.
   
   Dünya
   
   5 mart 1696 - İtalyan rəssamı Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo, 1696-1770) anadan olub.
   5 mart 1891 - Sovet heykəltəraşlığının tanınmış nümayəndəsi Matvey Henrixoviç Manizer (1891-1966) anadan olub.
   5 mart 1922 - İtalyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
   5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərinin, ilk türk seriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.
   5 mart 1938 - Amerika aktyoru və rejissoru Fred Uilyamson (Fred Williamson) anadan olub.
   
   6 mart 1475 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntihabının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub.
   6 mart 1619 - Fransız dramaturqu, filosof, şair, yazıçı, elmi fantastikanın banilərindən biri Savinyen Sirano de Berjerak (Hercule Savinien Cyrano de Bergerac, 1619-1655) anadan olub.
   6 mart 1815 - Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov (1815-1869) anadan olub. “Qozbel at” nağıl-povesti ilə məşhurdur.
   6 mart 1889 - Özbəkistanın Xalq şairi, dramaturq, ictimai xadim Həmzə Həkimzadə Niyazi (1899-1929) anadan olub.
   6 mart 1909 - Polyak satirik-yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.
   6 mart 1926 - Məşhur Polşa teatr və kino rejissoru Anjey Vayda (polyakca Andrzej Wajda) anadan olub. “Kül və almaz”, “Nastasya” və s. filmlərə quruluş verib.
   6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı”, “Taun xəstəliyi zamanı sevgi” və s.
   6 mart 1934 - Məşhur rus satirik yazarı Mixail Mixayloviç Jvaneski (Maneviç) anadan olub.
   
   7 mart 1765 - Fransız alimi, fotoqrafiyanın ixtiraçısı sayılan Jozef Nisefor Nieps (Joseph Nicephore Niepce, 1765-1833) anadan olub.
   7 mart 1785 - İtalyan yazıçısı Alessandro Manzoni (Alessandro Francesco Tommaso Manzoni; 1785-1873) anadan olub.
   7 mart 1855 - Görkəmli fransız yazıçı-mütəfəkkiri, mesenat Rober de Monteskyu (Marie Joseph Robert Anatole de Montesquiou-Fezensac; 1855-1921) anadan olub.
   7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
   7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
   7 mart 1910 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Dmitri Aleksandroviç Aleksidze (1910-1984) anadan olub.
   7 mart 1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
   7 mart 1941 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Andrey Aleksandroviç Mironov (Menaker; 1941-16.8.1987) anadan olub. Filmləri: “Brillyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.
   7 mart 1945 - Amerika fantast-yazıçısı Elizabet Mun (Elizabeth Moon) anadan olub.
   
   8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Kommunist təmayüllü bayram olsa da, dünyanın bir çox ölkələrində qeyd olunur.
   8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub.
   8 mart 1851 - Böyük türk maarifçisi, yazar, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspıralı (Qasprinski) (1851-24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.
   8 mart 1874 - Norveç şairi, yazıçı-dramaturq Qabriel Skott (Gabriel Scott Jensen, 1874-1958) anadan olub.
   8 mart 1922 - SSRİ Xalq artisti, aktyor və kinorejissor Yevgeni Semyonoviç Matveyev (1922-2003) anadan olub.
      
   9 mart 1814 - Görkəmli Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814-10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir.
   9 mart 1910 - Amerika bəstəkarı Samuel Barber (1910-1981) anadan olub.
   9 mart 1934 - Məşhur Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Yermoloviç Volontir anadan olub. “Qaraçı” və “Budulayın qayıtması” telefilmi ilə şöhrət qazanıb. Azərbaycanda “Tütək səsi” (1975) filmində (Cəbrayıl) çəkilib.
   9 mart 1955 - Tanınmış italyan aktrisası Ornella Muti (əsl adı Francesca Romana Rivelli) anadan olub.
   9 mart 1964 - Fransız aktrisası, “Oskar” mükafatı laureatı (“İngilis pasiyenti”, 1997) Jülyet Binoş (Juliette Binoche) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar