Azərbaycan
   
   20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-14.2.1980) Naxçıvanda anadan olub. ”Bakıda küləklər əsir” (Şahmar bəy), “Qanun naminə” (Qaloş) və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
   20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub.
   20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemalarının, “Xaqani" mənzum dramının müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
   20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916-10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), "Ulduz" (Züleyxa), “Qanun naminə (Şəhla xanım), "Qayınana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.
   20 aprel 1920 - Yazıçı-dramaturq Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Meşə həkimi" poemaları, “Aycan", "Dovşanın ad günü", "Cunquş", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərlərinin müəllifidir.
   20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Mamed, Məmiş”, “Doktor N”, “Tamaşalı oyunlar” və s. romanların müəllifidir. Moskvada yaşayır, MDU-nun filologiya fakültəsində dərs deyir.
   20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.
   20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrla yanaşı televiziya tamaşalarında ("Sarıköynəklə Valehin nağılı", "Göz həkimi" və s.), filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.
   
   21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən Moskonsertin solisti olub.
   
   22 aprel 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu və böyük mütəfəkkir Əlibəy Hüseynzadə idi.
   22 aprel 1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam kimi çalışıb. Əsasən qrafika ilə məşğul olan rəssam mənzərə ustası kimi (“Zəngəzur dağları”, “Kəpəz”, “Göygöl” və s.) tanınıb.
   22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912-10.5.1994) anadan olub.
   22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə”(aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
   23 aprel 1932 - Azərbaycan Yazıçılar İttifaqı yaradılıb.
   23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb. 1993-cü ildən Milli Dram Teatrında çalışır.
   
   Dünya
   
   20 aprel 1943 - Tanınmış ingilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.
   20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular, “”Poçtalyon iki dəfə zəng çalır”.
   
   21 aprel 1816 - Məşhur ingilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
   21 aprel 1922 - Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qara qulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.
   
   22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
   22 aprel 1724 - Böyük filosof, klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
   22 aprel 1766 - Fransız yazıçısı Anna Luiza Jermena de Stal (Anne-Louise Germaine de Stael-Holstein, 1766-1817) anadan olub. Əsərləri: “Korinna”, “Delfina”, “Melina” və s.
   22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.
   22 aprel 1907 - Rus fantast-yazıçısı İvan Yefremov (1907-1972) anadan olub. Əsərləri: “Andromedanın dumanlığı”, “Ülgücün tiyəsi” və s.
   22 aprel 1937 - Amerika aktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
   
   23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçısı Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (1616-cı il aprelin 23-də vəfat ediblər) ehtiram olaraq təsis edilib.
   23 aprel 1616 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
   23 aprel 1616 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
   23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
   23 aprel 1902 - İsland yazıçısı, “Nobel” mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqrovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
   23 aprel 1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918-2001) anadan olub. L.Qaydayın məşhur komediyalarında (“Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” və s.) rolları ilə şöhrət qazanıb.
   23 aprel 1918 - Məşhur fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. “Lənətlənmiş krallar” tarixi romanlar silsiləsinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar