Azərbaycan
   
   24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklər yazılmasında, milli teatrın inkişafında mühüm xidmətləri olub. Tanınmış teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
   24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Sovet dövründə Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, dərsliklərin hazırlanmasında iştirak edib. Stalin repressiyasının qurbanı olub.
   24 aprel 1902 - Görkəmli aktyor, Azərbaycan və SSRİ-nin Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "İyirmialtılar” (Şahbazov), "Ulduzlar sonmür" (H.Z.Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   24 aprel 1945 - Aktyor, rejissor Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?» (Şofer Əhməd), «Axırıncı aşırım» (Vəli) və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” bədii filmlərinə, bir neçə sənədli filmə və “Mozalan” kinojurnalının süjetlərinə quruluş verib.
   24 aprel 2011 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 -2011) vəfat edib. Bakıda doğulub, 1938-ci ildə ailəliklə Ərdəbil şəhərinə köçüb, Cənubi Azərbaycanda milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir: “Yarpaqlar töküləndə”, “Dünənim, bu günüm, sabahım”, “Sinəm Savalan dağıdır” və s.
   25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
   25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.
   25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11.1994) Şəkidə doğulub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.
   25 aprel 1957 - Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm"(Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq), "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyajında və səsləndirilməsində fəal iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, Amerika kinosunun tarixinə dair kirabların müəllifidr.
   
   26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
   26 aprel 1947 - Tanınmış kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947-7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi" (“Ömrün səhifələri” kinonovellası), "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", “Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü".
   
   Dünya
   
   24 aprel 1815 - İngilis yazıçısı Entoni Trollop (Anthony Trollope, 1815-1882) anadan olub. Əsərləri: “Barsetşir xronikaları” (6 roman), “Vandeya”, “Riçmond qəsri” və s.
   24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Alman dilində yazıb. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
   24 aprel 1905 - Amerika yazıçısı və şairi Robert Penn Uorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı (Pulitser mükafatı, 1947) ilə şöhrət qazanıb. Roman 4 dəfə (o cümlədən SSRİ-də - telefilm, 1971) ekranlaşdırılıb.
   24 aprel 1934 - Amerika aktrisası və yazıçısı Şirli Makleyn (Shirley MacLaine) anadan olub. Filmləri: “Zərif İrma”, “Dönüş nöqtəsi”, “Zəriflik dili” (Avrora Qrinvey, “Oskar” - 1983) , “Əziz Çariti”, “Polad maqnoliyalar” və s.
   24 aprel 1942 - Tanınmış Amerika müğənnisi və aktrisası Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. Filmləri: “Hello, Dolli”, “Gülməli qız” (“Oskar” - ən yaxşı aktrisa, 1968), “Ulduzun doğuluşu” (“Oskar” - ən orijinal mahnı, 1974), “Hər şey Pitin xətrinə”, “İki qəlbin görüşü” və s.
   
   25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
   25 aprel 1907 - Məşhur rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, kinofilmlərə musiqilərin müəllifidir.
   25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit) , “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.
   25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone) , “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.
   25 aprel 1941 - Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub. Filmləri: “Missisipi blyuz”, “Gecəyarısı caz”, “Sen-Poldan olan saatsaz”, “Həyat və başqa heç nə”.
   
   26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
   26 aprel 1711 - Şotland filosofu və tarixçisi, empirizmin nümayəndəsi David Yum (David Hume, 1711-1776) anadan olub.
   26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin, habelə “Xiosda qətliam”, “Sardanapalın ölümü” və s. tarixi tabloların müəllifidir.
   26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.
   26 aprel 1940 - Məşhur italyan bəstəkarı və aranjimançısı Corcio (Giorgio - əsl adı Hansjörg) Moroder anadan olub. Disko musiqisinin yaradıcılarlndan sayılır. Alan Parkerin “Gecəyarısı ekspresi” filminə yazdığı musiqiyə görə “Oskar” alıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar