Azərbaycan
   
   4 may 1854 - Tanınmış aşıq, şair Molla Cümə (1854-1920) Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub.
   
   5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın himayəsi altında fəaliyyətə başlayan ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.
   5 may 1866 - Yazıçı-publisist, şair, dramaturq, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub. Dövrün qabaqcıl ziyalıları (M.Şahtaxtlı, M.T. Sidqi, C.Məmmədquluzadə və s.) ilə Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti" yaradıb. 1983-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və Dərviş Məstəli şah") səhnəyə qoyub.
   5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
   5 may 1905 - Görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
   5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909-10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Sumqayıtın gənc quruçuları”, “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” .
   5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912-17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə”, “Xoşbəxt o adamlar ki” və s. T.Drayzer, A.Sent-Ekzüperi, R.Taqorun əsərlərini dilimizə (ruscadan) çevirib.
   5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" filmində yaratdığı Cahandar ağa rolu ilə məşhurlaşıb. “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Mən ki gözəl deyildim" (İmran), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar”), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.
   5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 - 5.7.2002) Ağcabədi rayonunda anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
   
   5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Dünyanın tərkində”, “Durnalı göylər”.
   5 may 1940 - Yazıçı-publisist Yusif Abbas oğlu Kərimov Bərdədə anadan olub. Kitabları: “Gün ötər, geri dönməz”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi” və s.
   5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s.
   
   6 may 1947 - Tanınmış dilçi alim, filologiya elmləri doktoru Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya dair tədqiqatların, türk dillərinin morfonologiyasına aid fundamental monoqrafiyanın müəllifidir.
   
   7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Sehrli xalat” (Məmməd Hüseynovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
   7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.
   
   Dünya
   
   4 may 1770 - Fransız rəssamı Frabnua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında (“Amur və Psixeya”, Napoleonun portretləri) işləyib.
   4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna) «Hərb və sülh» (Nataşa Rostova) və s.
   
   5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) Trier qəsəbəsində doğulub. Əsərləri: “Alman ideologiyası, “Kapital", “Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s.
   5 may 1819 - Polşanın ilk milli operasının (“Qalka”) müəllifi, bəstəkar və dirijor Stanislav Monyuşko (1819-1872) anadan olub.
   5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
   5 may 1928 - Rus yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının (hər iki əsər ekranlaşdırılıb) müəllifidir..
   
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Ləzzətin o tərəfində”, “Bir illüziyanın gələcəyi”.
   6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
   6 may 1904 - İsveç yazıçısı və şairi, “Nobel” mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
   6 may 1922 - Rusiya aktyoru, SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri» (Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Şpak) və s. filmlərdə yaddaqalan komik obrazlar yaradıb.
   6 may 1961 - Amerika kinoaktyoru, rejissor, ssenarist Corc Kluni (George Timothy Clooney) anadan olub. Filmləri: “Siriana” (“Oskar” mükafatı), “Qürubdan gündoğanadək”, “Nazik qırmızı sap”, “Xələflər”.
   
   7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
   7 may 1861 - Görkəmli hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə “Nobel” mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   7 may 1895 - Rusiya ixtiraçısı, fizik və elektrotexnik Aleksandr Popov Peterburqda ilk radio qurğusunu nümayiş etdirib. Bu hadisənin 50-ci ildönümü ilə bağlı SSRİ hökuməti 7 mayı “Radio günü” elan etmişdi (1945). Hazırda Rusiyada bu gün qeyd olunur.
   7 may 1901 - Amerika kinoaktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub. “Serjant York”, “Düz günorta” filmlərinə görə “Oskar” mükafatı alıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar