Azərbaycan
   
   8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
   8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. \"Gülşən\" baleti, \"Karvan\" simfonik lövhəsi, \"Qızılgül\" musiqili komediyası, uşaqlar üçün \"İsgəndər və çoban\" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
   8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
   
   9 may 1909 - Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
   9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
   
   10 may 1914 - Tanınmış inşaatçı, Əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski (1914 - 1.5.1999) Bərdənin Ləmbəran kəndində doğulub. Uzun müddət Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri işləyib.
   10 may 1926 - Yazıçı, ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsərləri: “Tikanlı məftillər”, “Şəhriyar əfsanəsi”, “Çobanbayatı”, “Şikəstə”, “Dağ dağa söykənər...” və s. \"Dağlarda döyüş\", \"Od içində\", \"Qocalar, qocalar...\", \"Atları yəhərləyin\" (S.Rüstəmlə birlikdə, 1983), \"Doğma sahillər\" bədii fılmlərin ssenari müəllifıdir.
   10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Borçalıda, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqat əsərlərinin müəllifidir.
   10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond böyük öndərin dövlətçilik irsinin öyrənilməsi və təbliği, onun adına və irsinə layiq xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində proqram və layihələr həyata keçirir. Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.   

   Dünya
   
   8 may 1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Balda qeyd kitabçası”, “Mademauzel Nituş”, “80 gün dünya ətrafında”, “Şeytan və on yasaq” və s.
   8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
   8 may 1914 - Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev, 1914-1980) anadan olub.
   
   9 may II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu tarixi gün Avropada mayın 8-də qeyd olunur. Çünki faşist Almaniyasının rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.
   9 may 1883 - Tanınmış ispan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “”Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
   9 may 1924 - Gürcü əsilli rus-sovet şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb, populyar müəllif mahnılarının ifaçısı kimi tanınıb. Okucavanın mahnıları və sözlərinə yazılmış mahnılar 80-dək filmdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.
   9 may 1936 - İngilis rejissoru və aktyoru Albert Finni (Albert Finney) anadan olub.
   9 may 1940 - Məşhur Amerika rejissoru, ssenarist Ceyms Bruks (James L.Brooks) anadan olub. “Zəriflik sözləri” (1983) filmi beş “Oskar” alıb. Məşhur “Simpsonlar” çizgi filmlərinin prodüseridir.
   
   10 may 1888 - Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888-1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.
   10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
   10 may 1926 - Rus dramaturqu, ssenarist Kirill İosifoviç Rapoport (1926-1983) anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Qatır Məmməd” filminin (1974) ssenari müəllifidir.
   10 may 1931 - İtaliya rejissoru və ssenaristi Ettore Skola (Scola) anadan olub. Filmləri: “İyrənc, çirkin və zalımlar”, “Bal” və s.
   10 may 1937 - Məşhur tacik aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu”, “Nəsrəddinin ilk məhəbbəti” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), \"Əzablı yollar\" (Qarayel) və “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib.
   10 may 1938 - Rus mənşəli fransız aktrisası Marina Vladi (Polyakova-Baydarova) anadan olub. Məşhur şair, müğənni və aktyor Vladimir Vısotskinin həyat yoldaşıdır.
   10 may 1946 - Ötən əsrin 60-cı illərinin populyar şotland müğənnisi Donovan (Donovan Leitch) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar