Mə­də­niy­yət ta­ri­xi­miz­də hə­ya­tı, sə­nə­ti rə­va­yət­lər­lə bağ­lı gör­kəm­li sə­nət­kar­lar çox olub. Öm­rü əf­sa­nə­lər ha­lə­si­nə bü­rün­müş hə­min sə­nət­kar­lar­dan bi­ri də qar­mon­çu Abu­ta­lıb olub...
   
   A­bu­ta­lıb Kər­bə­la­yı Mux­tar oğ­lu Yu­si­fov 1884-cü il­də Şu­şa­da ana­dan olub. Xalq mu­si­qi­si­nə er­kən yaş­la­rın­dan ma­raq gös­tə­rib. Bu da tə­sa­dü­fi ol­mur. Çün­ki ata­sı Kər­bə­la­yı Mux­tar Qa­ra­bağ­da ta­nın­mış mər­si­yə­xan və xa­nən­də idi. Tar­zən Əli Əs­gər ilə Qa­ra­bağ­da və İra­nın bə­zi şə­hər­lə­rin­də xey­li məc­lis­lər yo­la ver­miş­di. Bö­yük oğ­lu Beh­bu­dun gö­zəl sə­si var­dı. Ki­çik oğ­lu Abu­ta­lı­bın da mu­si­qi­yə hə­və­si­ni gö­rüb ona qar­mon alır. Be­lə­lik­lə, qar­daş­lar ata­la­rı ilə bir­gə xalq şən­lik­lə­rin­də iş­ti­rak edir­lər. Beh­bu­dun in­cə və mə­la­hət­li sə­si, ba­la­ca Abu­ta­lı­bın isə şi­rin çal­ğı­sı din­lə­yi­ci­lər­də ma­raq do­ğu­rur. Xalq ara­sın­da bu ai­lə üç­lü­yü­nə bö­yük rəğ­bət və mə­həb­bət ya­ra­nır...
   O­nu da de­yək ki, Kər­bə­la­yı Mux­tar həm də zər­gər olub. Onun zər­gər dü­ka­nı və şa­gird­lə­ri var­mış. Zər­gər Kər­bə­la­yı Mux­tar bir müd­dət dü­ka­na gec, həm də çox yor­ğun gə­lir. Bu­nu gö­rən şa­gird­lər bir-bi­ri ilə pı­çıl­da­şır­lar ki, yə­qin us­ta ye­nə ge­cə­ni toy məc­li­sin­də ke­çi­rib, ona gö­rə çox yor­ğun­dur... An­caq bu, be­lə de­yil­di. Us­ta­nın işə gec və yor­ğun hal­da gəl­mə­si­nin baş­qa bir sə­bə­bi var­dı...
   Be­lə de­yir­lər ki, zər­gər Mux­ta­rın ikin­ci oğ­lu dün­ya­ya gə­lən­dən son­ra 5-6 ay­lı­ğın­da qə­ri­bə ha­di­sə baş ve­rir. Uşaq yat­mır, elə hey ağ­la­yır. Onu şə­hə­rin bü­tün hə­kim­lə­ri­nə gös­tə­rir­lər. Am­ma on­la­rın yaz­dıq­la­rı dər­man­la­rın bir tə­si­ri ol­mur. Bir gün Kər­bə­la­yı Mux­tar ev­də tək olan za­man ağ­la­yan oğ­lu­nu sa­kit­ləş­dir­mək is­tə­yir. Çox ça­lı­şır, heç bir şey alın­mır. Çə­tin və­ziy­yə­tə dü­şən ata, kör­pə­ni qu­ca­ğı­na alır və baş­la­yır as­ta­dan “Se­gah” üs­tə lay­la ça­lır... Uşaq ata­sı­nın lay­la­sın­dan xoş­hal­la­nıb yu­xu­ya ge­dir. O se­vin­di­yin­dən bil­mir nə et­sin. Uşa­ğın ana­sı evə gə­lən­də de­yir:
   - Uşa­ğın dər­di­nə ça­rə ta­pıl­dı.
   - A ki­şi, uşa­ğın dər­di nə­dir?
   - Heç nə, ça­rə­si “Se­gah”­dır. Sən eşi­yə çı­xan ki­mi uşaq qə­fil­dən ye­nə çı­ğı­rıb ağ­la­dı. Nə qə­dər yüy­rü­yü tər­pət­dim, yel­lə­dim, bir şey alın­ma­dı. Son­ra lay­la ça­la-ça­la oxu­ma­ğa baş­la­dım. Bir az keç­mə­miş­di ki, uşaq göz­lə­ri­ni yu­mub yat­ma­ğa baş­la­dı... Hə­min gün­dən uşa­ğın “dərd­”i­nə ça­rə ta­pı­lır. Ge­cə­lər kör­pə ağ­la­yan ki­mi Kər­bə­la­yı Mux­tar “Se­gah” üs­tün­də lay­la ça­lır. Məhz bu­na gö­rə ge­cə­lər yu­xu­suz qa­lan zər­gər işə gec gə­lir və iş vax­tı mür­gü­lə­yir... O za­man ağı­la gəl­məz­di ki, “Se­gah”­la yu­xu­ya ge­dən bu kör­pə gə­lə­cək­də “Se­gah” us­ta­sı ki­mi Qaf­qaz­da məş­hur ola­caq­dır...
   A­bu­ta­lıb öz üzə­rin­də çox ça­lı­şır. Şu­şa­nın gör­kəm­li sə­nət­kar­la­rın­dan Mə­şə­di İsi, Cab­bar Qar­yağ­dıoğ­lu, Sa­dıq­can, Mə­şə­di Zey­nal, qar­mon­ça­lan İsi bəy və baş­qa­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­dan bol-bol bəh­rə­lə­nir. İsi bəy bu is­te­dad­lı gən­cin sə­nə­tə həd­siz hə­və­si­ni nə­zə­rə alır. Şə­hə­rin bö­yük toy məc­lis­lə­rin­də ya­nın­da əy­ləş­di­rir. Gənc Abu­ta­lıb qar­mon­da “İn­na­bı”, “Vağ­za­lı”, “Mir­zə­yi”, “Tə­rə­kə­mə” və baş­qa oyun ha­va­la­rı­nı zövq­lə ifa edir.
   Be­lə­lik­lə, o, iyir­mi ya­şın­da ka­mil qar­mon­ça­lan ki­mi şöh­rət ta­pır... Ey­ni za­man­da tar çal­ma­ğı da öy­rə­nir. El şən­lik­lə­rin­də olar­kən qar­mon­da oyun ha­va­la­rı­nı ça­lır. Sə­dəf­li ta­rın­da isə xa­nən­də­lə­ri mü­şa­yiət edir. O döv­rün gənc mü­ğən­ni­lə­ri Abu­ta­lıb­la məc­lis­lər­də çı­xış et­mə­yi şə­rəf he­sab edib­lər. Abu­ta­lıb gö­zəl tar çal­ma­ğı ba­car­sa da, xalq ara­sın­da əvəz­siz qar­mon­çu ki­mi da­ha çox məş­hur olub.
   Kər­bə­la­yı Mux­tar və­fat et­dik­dən son­ra Abu­ta­lıb məş­hur xa­nən­də Mə­şə­di Məm­məd Fər­zə­li­yev­lə Gən­cə­yə, son­ra Tif­li­sə ge­dir. Ta­nın­mış mu­si­qi­çi­lər­lə gö­rü­şür. Bir qə­dər son­ra Tif­lis­də ya­şa­yıb-ya­ra­dan azər­bay­can­lı zi­ya­lı­lar­la, o cüm­lə­dən Ey­nə­li Sul­ta­nov, Cə­lil Məm­məd­qu­lu­za­də, Zül­fü­qar bəy Ha­cı­bə­yov, İb­ra­him İs­fa­han­lı, Mus­ta­fa Mər­da­nov, Mir­za­ğa Əli­yev, Mə­şə­di Zey­nal, Mə­cid Beh­bu­dov və baş­qa­la­rı ilə ya­xın­dan ta­nış olur. On­lar­la bir­lik­də Azər­bay­can mil­li mə­də­niy­yə­ti­nin tə­rəq­qi­si­nə ça­lı­şır, bu yol­da əlin­dən gə­lə­ni əsir­gə­mir. Tif­lis­də ve­ri­lən te­atr ta­ma­şa­la­rın­da, “Şərq kon­sert­lə­ri”n­də, ədə­bi ge­cə­lər­də ya­xın­dan iş­ti­rak edir. Çox­mil­lət­li Tif­lis ta­ma­şa­çı­la­rı­nın həd­siz hör­mət və rəğ­bə­ti­ni qa­za­nır.
   “Qaf­qaz” qə­ze­ti 1911-ci il 2 av­qust ta­rix­li nöm­rə­sin­də te­atr elan­la­rı­nın bi­rin­də ya­zıb: “3 mart 1911-ci il­də “Gür­cü dvor­yan teat­rı”­nın bi­na­sın­da Zül­fü­qar bəy Ha­cı­bə­yo­vun “Əl­li ya­şın­da ca­van” ope­ret­ta­sı ta­ma­şa­ya qo­yu­la­caq­dır. Ta­ma­şa­da ilk də­fə ola­raq Mü­nəv­vər xa­nım Məm­məd­qu­lu­za­də və ope­ra ar­tis­ti Mir­za­ğa Əli­yev iş­ti­rak edə­cək­lər. Ta­ma­şa­nın mu­si­qi­si­ni qar­mon­çu Abu­ta­lı­bın iş­ti­ra­kı ilə Şərq çal­ğı alət­lə­ri or­kest­ri ifa edə­cək­dir”.
   Mü­tə­xəs­sis­lər qeyd edir­lər ki, Abu­ta­lı­bın çal­ğı­sı üçün də­rin li­rizm, zə­rif duy­ğu, in­cə zövq, zən­gin xal­lar, şi­rin bar­maq­lar ən sə­ciy­yə­vi cə­hət olub. Onu həm­kar­la­rın­dan fərq­lən­di­rən cə­hət xalq mu­si­qi­si­nin də­rin mə­na ça­lar­la­rı­nı bil­mə­si və yük­sək səh­nə mə­də­niy­yə­ti­nin ol­ma­sı idi. O həm də mil­li mu­ğam ifa­çı­lı­ğı üsu­lu­na möh­kəm yi­yə­lən­miş sə­nət­kar olur. “Se­gah” , “Ba­ya­tı-Qa­car”, “Şi­kəs­te­yi-fars” mu­ğam­la­rı­nı ça­lan­da adam­lar onu din­lə­mək­dən doy­ma­mış­lar.
   Se­yid Şu­şins­ki onun haq­qın­da xa­ti­rə­lə­rin­də ya­zır: “Üze­yir bəy kon­ser­va­to­ri­ya­nın rek­to­ru olan­da bir gün mə­nə de­di: “Ağa, bu qar­mon­ça­lan­lar mə­ni ca­na gə­ti­rib­lər. O de­yir “mən­dən ol­maz”, bu de­yir “mən ha­mı­dan yax­şı ça­lı­ram”. Bu mə­sə­lə­yə son qoy­maq üçün gə­rək kon­kurs ke­çi­rək”. Bir az son­ra elan ver­dik. Kon­kurs ke­çi­ri­lən gü­nü Azər­bay­ca­nın hər ye­rin­dən əl­li­yə qə­dər qar­mon­çu gə­miş­di. Üze­yir bəy səh­nə­yə çıx­dı. Stu­lun üzə­ri­nə 14 dil­li bir qar­mon qoy­du və de­di: - Kon­kur­sun bir­cə şər­ti var. Kim bu qar­mon­da “Or­ta ma­hur” ça­la bi­lər­sə, xa­hiş edi­rəm, səh­nə­yə çıx­sın. Bu ela­n­dan son­ra qar­mon­çu­lar ara­sın­da bir sü­kut ya­ran­dı. Bir çox­la­rı da təəc­cüb edib bir-bi­ri­nin üzü­nə bax­dı. Nə­ha­yət, Abu­ta­lıb­dan baş­qa səh­nə­yə çı­xan ol­ma­dı... Bu­nu gö­rən Üze­yir bəy tə­zə­dən səh­nə­yə çı­xıb de­di:
   - Hə, qo­caq­lar, ne­cə­si­niz?...
   Son­ra üzü­nü mə­nə tu­tub de­di:
   - Ağa, mə­sə­lə ay­dın­dır, yı­ğın­ca­ğı bağ­la.
   Mən bir da­ha on­dan so­ruş­dum:
   - Bəs Abu­ta­lıb çal­ma­ya­caq?
   - Ağa, Abu­ta­lı­bın çal­ğı­sı­na eh­ti­yac yox­dur.
   O gün mən də bir da­ha “Abu­ta­lıb­dan baş­qa qar­mon ça­lan ta­nı­mı­ram” qə­naə­ti­nə gəl­dim”.
   A­bu­ta­lıb bir tar­zən ki­mi uzun il­lər Se­gah İs­lam, Se­yid Şu­şins­ki, Meh­ra­lı oğ­lu Ba­ha­dır və Xan Şu­şins­ki ki­mi məş­hur xa­nən­də­lə­ri mü­şa­yiət edir. Də­fə­lər­lə mu­si­qi mü­sa­bi­qə­lə­rin­də iş­ti­rak edir və fəx­ri yer­lə­rə la­yiq gö­rü­lür. Otuz il öz gö­zəl çal­ğı­sı ilə Azər­bay­can mə­də­niy­yə­ti­nə xid­mət edir. Onun xalq ara­sın­da Kor Əhəd, Kər­bə­la­yı Lə­tif, Mə­şə­di Əli və Tey­yub Də­mi­rov ki­mi gör­kəm­li ye­tir­mə­lə­ri olub.
   Hə­lə gənc ikən adı rə­va­yət­lə bü­rü­nən gör­kəm­li sə­nət­kar - Abu­ta­lıb Yu­si­fov 1937-ci il­də Ağ­dam­da və­fat edir.
   
   Sa­va­lan Fə­rə­cov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar