Azərbaycan
   
   5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
   5 iyun 1912 - Dramaturq, ədəbiyyatşünas Həsən Məmməd oğlu Qasımov (1912-8.5.1977) anadan olub. "Kür sahilində" pyesi bir sıra teatrlarda tamaşaya qoyulub.
   5 iyun 1925 - Şair, publisist, nasir Ağaəli Qulu oğlu Qasımlı anadan olub.
   5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.
   5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan teatrı və kinosunda özünəməxsus iz qoymuş Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
   
   6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855- 1931) Bakıda anadan olub. “Məcməə-üş-Şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
   6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.
   
   7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı rəssam qadın Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində (1907-1908) oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", “Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Dövlət İncəsənət Muzeyində saxlanılır.
   7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum şair-yazıçılara, jurnalistlərə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
   7 iyun 1946 - Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”, 1974) , “Birisigün, gecəyarısı...” (1981), “Sizi dünyalar qədər sevirdim” (1985), “Yaramaz” (1988, Vaqif Mustafayevlə birgə), “İstanbul reysi” (2010, Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.   

   Dünya
   
   5 iyun Dünya ətraf mühit günüdür (World Environment Day).1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
   5 iyun 1723 - Görkəmli şotland filosofu, dünya iqtisad elminin banilərindən biri Adam Smit (Adam Smith, 1723-1790) anadan olub.
   5 iyun 1898 - Məşhur ispan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca, 1898-1936) anadan olub. İspaniyada vətəndaş müharibəsində həlak olub.
   5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
   5 iyun 1941 - Məşhur Polşa aktrisası Barbara Brılska (Barbara Brylska) anadan olub. Azərbaycan tamaşaçılarına E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmində Nadya rolu ilə tanışdır.
   5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub. Filmləri: “XX əsr”, “Alfredo, Alfredo” və s.
   
   6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.
   6 iyun 1606 - Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası” Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
   6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.
   6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann, 1875-12.08.1955) anadan olub. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
   
   7 iyun 1848 - Məşhur fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin, 1848-1903) anadan olub.
   7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
   7 iyun 1933 - Tanınmış rus satirik yazıçısı və dramaturqu Arkadi Arkanov (əsl soyadı Şteynbok) anadan olub.
   7 iyun 1952 - Dünya şöhrətli Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) almış ilk türk yazar Orxan Pamuk İstanbulda doğulub. İlk romanı (“Cövdət bəy və oğulları”) 1982-ci ildə nəşr edilib. Sonrakı illərdə “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanlar yazıb. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar