Azərbaycan
   
   11 may 1906 - "Bakinski raboçi" (rus dilində) qəzeti nəşrə başlayıb.
   11 may 1915 - Məşhur heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Azərbaycanın görkəmli ədiblərinin, mədəniyyət xadimlərinin büst-portretlərini, Bakıda Nizami Gəncəvinin, Səməd Vurğunun heykəllərini, "Azad qadın" heykəlini yaradıb.
   
   12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6. 1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, bir çox mahnıların ("Oxu tar", "Qurban adına", “Həkim qız", "Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.
   12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Qərbi Azərbaycanda - Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün bir çox əsərlərin müəllifidir.
   12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.
   12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949, Bakı, Mərdəkan - 2011) vəfat edib. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
   
   13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
   13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub.
   13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" romanları, “Dolça”, “Bir görüşün tarixçəsi” povestləri, “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” pyesləri və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
   13 may 1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.
   
   14 may 1906 - Opera müğənnisi, Əməkdar artist Şirzad Hüseynov (1906-10.5.1971) anadan olub.
   14 may 1916 - Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
   14 may 1916 - Şair, aşıq Əli Qurban Dastançı (1928-2004) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Kitabları: “Yetim Hüseyn dastanı”, “Çıraqqala dastanı” və s.

   15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
   15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
   15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
   15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
   15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9. 1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 1965-1971-ci illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
   15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
   15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
   15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
   15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatından bir sıra əsərləri (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) dilimizə tərcümə edib.
   15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Atları yəhərləyin” (Həsən Turabovla birgə),” “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.
   
   Dünya
   
   11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib.
   11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
   11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.
   
   12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
   12 may 1907 - Amerika kinoaktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Kino tarixində ən çox - dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.
   12 may 1933 - Rus şairi Andrey Andreyeviç Voznesenski (1933 - 1.6.2010) anadan olub.
   
   13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Cek”, “Safo” (romanlar), “Arlezianka” (pyes).
   13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
   13 may 1923 - Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s.
   
   14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. “İlahi komediya”nın müəllifidir.
   14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.
   14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator” (“Oskar” mükafatı), “Üzüklərin hökmdarı” və s.
   
   15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
   15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
   15 may 1891 - Rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç” (pyes əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” filmi çəkilib).
   
   Hazırladı: Vüqar Orxan