Azərbaycan
   
   29 may 1946 - Aktyor, rəssam Elçin Mehdi oğlu Məmmədov (1946-18.2.2001) anadan olub. “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir sıra tamaşaların rəssamı olub.
   
   30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə kitab şəklində nəşr olunub.
   30 may 1930 - Tanınmış şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli film ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
   30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Ad günü” (Rəna), «Asif, Vasif, Ağasif» (Ana), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.
   30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, filmlərin səsləndirilməsi və dublyajında yaxından iştirak edib.
   
   31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
   31 may 1898 - Görkəmli xanəndə, respublikanın Əməkdar artisti Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) anadan olub.
   31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5. 2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri" (oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.
   
   Dünya
   
   29 may 1489 - Türk memarlıq tarixinə məşhur tikililərin müəllifi kimi imza atmış memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) anadan olub.
   29 may 1874 - Məşhur ingilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1876-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyaya nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.
   29 may 1953 - Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı” və s.
   
   30 may 1937 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.
   
   31 may 1809 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 31.3.1732-1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
   31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   
   31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. “Çağırılmamış”, “Balaca üçün milyon” filmlərinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan