Azərbaycan
12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də lentə alınan bir çox filmin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.
13 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) anadan olub. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.
13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: “Qala” (ssenari müəllif və rejissor), “Cin mikrorayonda”, “İmtahan”, “Yarasa” (rəssam).
13 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub. “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “O qızı tapın” və s. filmlərdə çəkilib. Pyesləri: “Şeytan”, "Sezarın qətli" və s.
13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.
14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.
14 noyabr 1942 - Məşhur xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
14 noyabr 2006 - Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.
Dünya
12 noyabr 1833 - Məşhur rus bəstəkarı Aleksandr Borodin (1833-1887) anadan olub. “Knyaz İqor” operasının müəllifidir.
12 noyabr 1840 - Görkəmli fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.
12 noyabr 1929 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Rolan Anatolyeviç Bıkov (1929-1998) anadan olub. Filmləri: “12 stul” (Mark Zaxarovun quruluşunda, Fyodor ata), “Əlibaba və 40 quldurun macəraları” (sovet-hind filmi).
12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s.
13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
13 noyabr 1850 - Məşhur ingilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.
13 noyabr 1889 - Ukrayna satirik yazıçısı Ostap Vişnya (əsl adı Pavel Mixayloviç Qubenko, 1889-1956) anadan olub.
13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
14 noyabr 1719 - Avstriya bəstəkarı, skripkaçı və pedaqoq Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub. Dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atasıdır.
14 noyabr 1812 - İtalyan şairi Aleardo Aleardi (Aleardo Aleardi, 1812-1878) anadan olub.
14 noyabr 1840 - Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kapusin bulvarı", "Bağda qadınlar" və s.
14 noyabr 1900 - Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland, 1900- 1990) anadan olub.
14 noyabr 1907 - Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.
Hazırladı: Vüqar Orxan