Azərbaycan

11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914-22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dram Teatrının aktrisası olub.
11 fevral 1920 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
11 fevral 1929 - Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929-31.10.2007) Gədəbəy rayonunun İsalı kəndində anadan olub.
11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub. Əbdi bəy Şirazi, Bədr Şirvani və başqaları haqqında tədqiqatların müəllifidir.
11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər” (1939), “Fətəli xan” (1947), “O olmasın, bu olsun” (1956), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967) və s. filmlərdə çəkilib.
11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib.

12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.
12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933-23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir.

13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
13 fevral 1940 - Nasir, tərcüməçi Rafiq Şamil oğlu İmanov anadan olub.
13 fevral 1956 - Xalq artisti, Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professorudur.
13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.

Dünya

11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. “Ağıldan bəla” komediyasının müəllifidir.
11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georg Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.
11 fevral 1926 - Kanada və Amerika komediya aktyoru Lesli Nilsen (Leslie William Nielsen, 1926-2010) anadan olub.

12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
12 fevral 1881 - Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
12 fevral 1942 - Amerika fantast-yazıçısı Terri Bison (Terry Bisson) anadan olub.

13 fevral 1766 - İngilis filosofu, demoqraf və iqtisadçı Tomas Robert Maltus (1766-1834) anadan olub. Onun fəlsəfi nəzəriyyəsinə görə, dünyada əhali artımını tənzimləmək üçün müharibə və təbii fəlakətlər zəruridir.
13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
13 fevral 1791 - Rus rəssamı, realist mənzərə janrının banilərindən biri Silvestr Feodosiyeviç Şedrin (1791-1830) anadan olub.
13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
13 fevral 1903 - Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında seraillarla məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan