Azərbaycan
22 aprel 1894 - Xalq artisti, teatr və kino aktyoru Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Milli Dram, Türk İşçi, Musiqili Komediya teatrlarında işləyib. "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (İsmayıl baba) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1905 - Azərbaycanın mətbuat tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə idi.
22 aprel 1911 - Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olan rəssam mənzərə ustası kimi (“Zəngəzur dağları”, “Kəpəz”, “Göygöl” və s.) tanınıb.
22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 - 10.5.1994) anadan olub.
22 aprel 1942 - Görkəmli aktyor, rejissor Həsən Əbluc (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
22 aprel 1983 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 - 1983) vəfat edib. "Sevil" (1929), "Almaz" (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmlər doktoru, akademik olub.
23 aprel 1909 - Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhmədbəy oğlu Ağayev; 1909-1981) anadan olub.
23 aprel 1938 - Xalq artisti, rejissor, operator Vaqif Qulam oğlu Behbudov anadan olub. Cizgi filmləri (“Göyçək Fatma”, “Qız qalası”, “Qara leylək” və s.) çəkib, sənədli filmlərə quruluş verib.
23 aprel 1953 - Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub.
23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, "İtkin gəlin" teleserialı, “Yad qızı” teletamaşasında oynayıb. Milli Dram Teatrında çalışır.
24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında, milli teatrın inkişafında xidmətləri olub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb. Repressiya qurbanı olub.
24 aprel 1902 - Görkəmli aktyor, Azərbaycan və SSRİ-nin Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "İyirmialtılar” (Şahbazov), "Ulduzlar sönmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
24 aprel 1945 - Aktyor, rejissor Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?» (Şofer Əhməd), «Axırıncı aşırım» (Vəli) və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” bədii filmlərinə quruluş verib.
Dünya
22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
22 aprel 1724 - Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724 - 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
22 aprel 1907 - Rus fantast-yazıçısı İvan Yefremov (1907-1972) anadan olub. Əsərləri: “Andromedanın dumanlığı”, “Ülgücün tiyəsi” və s.
22 aprel 1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus (Charles Mingus, 1922-1979) anadan olub.
22 aprel 1937 - Amerika aktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.
23 aprel 1616 - İngilis şairi və dramaturqu Vilyam Şekspir (Uilliam Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Maqbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
23 aprel 1616 - İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqrovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
23 aprel 1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918 - 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
23 aprel 1918 - Fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. “Lənətlənmiş krallar” tarixi romanlar silsiləsinin müəllifidir.
24 aprel 1815 - İngilis yazıçısı Entoni Trollop (Anthony Trollope, 1815-1882) anadan olub. Əsərləri: “Barsetşir xronikaları” (6 roman), “Vandeya”, “Riçmond qəsri” və s.
24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Alman dilində yazıb. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
24 aprel 1905 - Amerika yazıçısı və şairi Robert Penn Uorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı (Pulitser mükafatı, 1947) ilə şöhrət qazanıb. Roman 4 dəfə ekranlaşdırılıb.
24 aprel 1942 - Amerika müğənnisi və aktrisası Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. Filmləri: “Hello, Dolli”, “Gülməli qız” (“Oskar” - ən yaxşı aktrisa, 1968), “Ulduzun doğuluşu” (“Oskar” - ən orijinal mahnı, 1974), “Hər şey Pitin xətrinə”, “İki qəlbin görüşü” və s.
Hazırladı: Vüqar Orxan