Azərbaycan

13 may 1929 - Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub.
13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” (pyes) və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
13 may 1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.

14 may 1906 - Opera müğənnisi, Əməkdar artist Şirzad Hüseynov (1906 - 10.5.1971) anadan olub.
14 may 1916 - Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
14 may 1916 - Şair, aşıq Əli Qurban Dastançı (1928-2004) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Kitabları: “Yetim Hüseyn dastanı”, “Çıraqqala dastanı” və s.

15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9. 1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 1965-1971-ci illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatından tərcümələr (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) edib.
15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Atları yəhərləyin” (H.Turabovla birgə), “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.

Dünya

13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Cek”, “Safo” (romanlar), “Arlezianka” (pyes).
13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
13 may 1923 - Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s. filmlərə musiqi yazıb.

14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. “İlahi komediya”nın müəllifidir.
14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858) anadan olub.
14 may 1969 - Avstraliya aktrisası, “Oskar” laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator”, “Üzüklərin hökmdarı” və s.

15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
15 may 1891 - Rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı” pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç” (pyes əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” filmi çəkilib).

Hazırladı: Vüqar Orxan