Azərbaycan

27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
27 may 1918 - Tiflisdə Zaqafqaziya Seymi fəaliyyətini dayandırandan sonra seymin müsəlman fraksiyası ayrıca iclas keçirərək özünü Azərbaycan Milli Şurası elan edib. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev müavin seçilib.
27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Onlarla poema, mindən çox şeir, bir sıra roman və povestlər, hekayə və publisistik məqalənin müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsidir. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin", “İnsan” və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirin müəllifidir. A.Puşkinin "Yevgeni Onegin", N.Gəncəvinin "Leyli və Məcnun" (fars dilindən) poemalarını tərcümə edib.
27 may 1992 - “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul olunub. Üzeyir Hacıbəyli və Əhməd Cavadın yazdıqları "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib.
27 may 2008 - Əməkdar incəsənət xadimi Elşad Quliyev (1941, Cəlilabad - 2008) vəfat edib. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Bir sıra sənədli filmlərin ssenari müəllifidir.

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı nümayəndələri ilə danışıqlar apardığı üçün iclasa onun müavini Əhməd bəy Ağayev sədrlik etmişdi. İclasda «İstiqlal Bəyannaməsi» qəbul edilib, Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib.
28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.
28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Ağ atlı haqqında əfsanə" rok-operası, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin, filmlərə (“Əlaqə”) musiqilərin müəllifidir. 2007-ci ildən Bəstəkarlar İttifaqının sədridir.
28 may 2002 - "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" fərman imzalanıb.
29 may 1946 - Aktyor, rəssam Elçin Mehdi oğlu Məmmədov (1946-18.2.2001) anadan olub. “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir sıra tamaşaların rəssamı olub.

Dünya

27 may 1922 - Amerika aktyoru Kristofer Li (Christopher Frank Carandini Lee) anadan olub. 260-dan çox filmdə rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.
27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr”, “Paradiso” (“Oskar” laureatı), “Malena” və s.

28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
28 may 1877 - Rus şairi, rəssam, ədəbiyyatşünas Maksimilian Voloşin (Kiriyenko) (1877-1932) anadan olub.
28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.
28 may 1934 - Gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

29 may 1874 - Məşhur ingilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyaya nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.
29 may 1953 - Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı” və s.

Hazırladı: Vüqar Orxan