Prezident İlham Əliyev sentyabrın 15-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nəbizadə Zabit Gülxan oğlu “Xalq artisti”, Abdullazadə Zöhrə Abdulla qızı, Allahverdiyev Nizami Ağamalı oğlu, Bağırov Abbas Nizami oğlu, Cabarov Tofiq Kamaloviç, Cahangirov Arif Qüdrət oğlu, Əliyeva Təranə Mehdi qızı, Əzizov Elçin Yaşar oğlu, Fətəliyev Şirzad Nizan oğlu, Hüseynov Ruslan Barat oğlu, İmanov Fuad Yaşaroviç, İmanov Tahir Qorxmaz oğlu, Kərimova Elnarə Nadir qızı, Məlikova Fəridə İsmayıl qızı, Məmmədov Sirus Arif oğlu, Məmmədova Lalə Nadir qızı, Paşazadə Sahib Ağaverdi oğlu, Qasımbəyli Etibar İsmayıl oğlu, Qürbətov Akif Həqiqət oğlu, Sabayev Andrey Yuryeviç, Sədiyev Əliağa Baba oğluna “Əməkdar artist” fəxri adı verilib.
   Gərayzadə Vaqif Əzizağa oğlu, Səmədzadə Aygün Ziyad qızı “Əməkdar incəsənət xadimi”, Əhmədov İmamqulu İsgəndər oğlu, İsrafilov Ağamurad Balamurad oğlu, Mustafayev İmamverdi Məhəmməd oğlu “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar