Azərbaycan

5 avqust Azərbaycanda “Hərbi donanma günü”dür. 1918-ci il avqustun 5-də Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması (6 qayıq və 1 gəmi) təşkil olunub. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” elan olunub.
5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
5 avqust 1958 - Folklorşünas alim, filologiya elmləri doktoru, professor Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunun Alakol kəndində anadan olub. Aşıq sənətinə dair dəyərli araşdırmaların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin birinci katibi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavinidir.

6 avqust 1939 - İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.

7 avqust 1930 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 - 2.6.2013) Bakıda anadan olub. Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Bakıda Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib. “Dədə Qorqud” filmində rəsmlərin müəllifidir, “Dantenin yubileyi” filmində epizodik rola (tamaşaçı) çəkilib. Rəssamlıqla yanaşı, vokal ifaçılığı ilə tanınıb. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
7 avqust 1931 - Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli ("Yeddi gözəl", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s.

Dünya

5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.
5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.
5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.
5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın romanı üzrə), “Gecə Marqaritası” və s.
5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino Royal” və “Çin məhəlləsi” filmləri.
5 avqust 1962 - Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson: 1.6.1926 - 1962) vəfat edib.
5 avqust 1987 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s.

6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
6 avqust 1856 - Rus rəssamı və incəsənət nəzəriyyəçisi Apollinari Vasnesov (1856-1933) anadan olub.
6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.
6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, habelə məşhur sovet-hind filmləri olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rejissor Lətif Fayziyevlə birgə).

7 avqust 1867 - Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.
7 avqust 1911 - Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.
7 avqust 1947 - Rumın (moldovan) əsilli məşhur estrada müğənnisi, SSRİ, Ukrayna və Moldovanın Xalq artisti Sofiya Rotaru anadan olub.
7 avqust 1941 - Hind yazıçısı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 6.5.1861-1941) vəfat edib. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar