Azərbaycan

13 avqust 1941 - Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, hind rəqs sənəti və mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb, tamaşaları İstanbul, Moskva və digər şəhərlərdə festival və müsabiqələrdə uğur qazanıb. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir. Teatr sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə (2007) layiq görülüb.

14 avqust 1923 - Ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.
14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. populyar mahnılar bəstələnib.
14 avqust 1940 - Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.
14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Milli Dram Teatrının aktyorudur. "Kişi sözü", “Girişmə, öldürər!”, "Lətifə" və s. filmlərdə çəkilib.
14 avqust 1957 - Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda anadan olub. Opera tamaşalarında (Məcnun, Kərəm) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb. Azərbaycanın “Şöhrət” ordeninə (2007), mədəniyyət sahəsi üzrə Azərbaycan Dövlət mükafatına (2010) layiq görülüb.

Dünya

13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
13 avqust 1899 - Məşhur Amerika rejissoru, «Oskar» mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.

14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.
14 avqust 1860 - Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.
14 avqust 1866 - Görkəmli rus yazıçısı, şair, ədəbiyyatşünas, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının yaradıcısıdır: “Xristos və Antixrist” trilogiyası və s. 1919-cu ildən mühacirətdə yaşayıb.
14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyasının, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
14 avqust 1945 - Alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann festivalının qalibi, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar