Azərbaycan

26 avqust 1892 - Görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist Seyid Cəfər Pişəvəri (1882 - 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.
26 avqust 1921 - Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyasının təşkili haqqında dekret verib.
26 avqust 1949 - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib, Şeyx-ül-islam dərəcəsinə yüksəlib. Qafqaz Xalqları Ali Dini Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının sədridir. “Qafqazda İslam”, “Quranın təfsiri və tərcüməsi tarixi” və s. kitabların müəllifidir.

27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.
27 avqust 1929 - Tanınmış aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Milli Dram, Sumqayıt Musiqili Dram, Ağdam Dram teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!...” və s.
27 avqust 1937 - Ədəbiyyatşünas alim, professor, yazıçı, tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-Fərat sahillərində” və s. kitabların müəllifidir.
27 avqust 1942 - Görkəmli ərəbşünas-alim, professor, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professoru, ərəb filologiyası kafedrasının müdiridir. Qurani Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” və s. monoqrafiyaların, dərslik, tərcümə kitablarının müəllifidir.
27 avqust 1998 - Məşhur kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və s.

28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.
28 avqust 1935 - Tanınmış yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və nəsr əsərləri geniş oxucu rəğbəti qazanıb.
28 avqust 1940 - Yazıçı-publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.
28 avqust 1948 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 - 2.2.2003) anadan olub.
28 avqust 1953 - Tanınmış rejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri: “Musiqili xaş”, “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz” (Azərbaycan Dövlət mükafatı), “Hər şey yaxşılığa doğru” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasını vitse-prezidentidir. 2006-cı ildən “Space” telekanalına rəhbərlik edir.
28 avqust 1968 - Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı, Qaş Muğanlı - 1968) vəfat edib. Şeirlərinin külliyyatı "Meydanda mərdi-mərdanə" adı altında çap olunub.

Dünya

26 avqust 1880 - İtalyan-polyak əsilli məşhur Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.
26 avqust 1913 - Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.
26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.
26 avqust 1941 - Fransız kinorejissoru Barbet Şröder (Barbet Schroeder) anadan olub. Filmləri: “Taleyin əks üzü”, “Tənha bəyaz qadın”, “Ölüm öpüşü” və s.

27 avqust 1770 - Böyük alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Yakovleviç Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” (roman), “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ (şeirlər toplusu).
27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Herhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.
27 avqust 1896 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman, 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.
27 avqust 1899 - İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester - Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”.

28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.
28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.
28 avqust 1948 - Rusiyanın Xalq artisti Natalya Qundareva (1948-2005) anadan olub. Filmləri: “Payız marafonu”, “Qaqrada qış axşamı” və s.

Hazırladı: Vüqar Orxan