Azərbaycan

19 sentyabr 1992 - Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların, "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.
19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922-1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Yolayrıcında”, “Ordan-burdan”), simfonik əsərlərin, oratoriya və kantataların müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

20 sentyabr 1921 - Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olub.
20 sentyabr 1993 - Tanınmış kinorejissor, ssenarist Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.

21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
21 sentyabr 1924 - Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
21 sentyabr 1959 - Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov Qazax rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədridir.

22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. "Nicat" (1906), "Səfa" (1912) və "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (1909 - 6.8.1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekranlara çıxıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
22 sentyabr 1929 - Tanınmış publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929-16.5.2005) Türkiyədə anadan olub. Ailəsi 1924-cü ildə qardaş ölkəyə mühacirət etmişdi. M.Ə.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyində fəallıq göstərən Ə.Qaraca 1955-ci ildən quruma rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 - 30.11.1997) anadan olub. BDU-nun professoru olub.
22 sentyabr 1964 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876, Şuşa -1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

Dünya

19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “spa-salonlar” adlanır.
19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Qoldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 - Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “Fransız leytenantının arvadı“, “Svanın məhəbbəti”, “Missiya“, “Həyatın dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.

20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri oldu.
20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
20 sentyabr 1934 - İtalyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.

21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
21 sentyabr 1866 - İngilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.
21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.

22 sentyabr 1694 - İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
22 sentyabr 1875 - Məşhur rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çürlenis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.
22 sentyabr 1893 - Rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Meşilem Meyer Vayzenfroynd) Paul Muni - Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.

Hazırladı: Vüqar Orxan