Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Murad Zöhrab oğlu Adıgözəl-zadə, Murad Fərid oğlu Hüseynov və Məcnun Təbriz oğlu Kərim “Xalq artisti” fəxri adına, Emil Əfrasiyab oğlu Məmmədov, Şahin Növrəs oğlu Növrəsli və İsfar Aydın oğlu Rzayev Sarabski “Əməkdar artist” adına layiq görülüblər. Həmçinin Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşına “Əməkdar incəsənət xadimi” və “Əməkdar müəllim” fəxri adları verilib.
Prezidentin digər sərəncamı ilə Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.