Prezident İlham Əliyev dekabrın 28-də görkəmli müğənni, Xalq artisti Zeynəb Yəhya qızı Xanlarovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənətkar Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi böyük xidmətlərə görə təltif edilib.