Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi «Zirvə» mükafatını təsis etmişdir.
   
   «Zirvə» mükafatı 2011-ci ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata aşağıda adları qeyd edilən sənət növləri üzrə yaradılmış əsərlər təqdim oluna bilər:
   - teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə və s.;
   - milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər;
   - beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr.
   Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
   Mükafat hər biri 5000 (beş min) manat həcmində aşağıdakı sahələr üzrə verilir:
   Teatr sahəsi üzrə - dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar;
   Musiqi sahəsi üzrə - bəstəkar, ifaçı, musiqişünas;
   Təsviri sənət üzrə - rəssam, heykəltəraş, dekorativ sənət, sənətşünas;
   Kino sahəsi üzrə - ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa;
   «Debüt» bölməsi - teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün;
   «Azərbaycan mədəniyyətinə dəyərli töhfə» - mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görə;
   «Mədəni sərvət» bölməsi - mədəniyyət sahəsindəki uzunillik əvəzsiz xidmətlərinə görə.
   Mükafatlar mart ayında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir.
   Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunur.
   Mükafata təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.