Respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ilin iyun ayında gənc pianoçuların II Respublika müsabiqəsini keçirəcək.
   Müsabiqə 2 turdan ibarət olmaqla, 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9 -11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) keçirilir.
   Yaş həddi 1 iyun 2012-ci il tarixinə müəyyənləşdirilir.
   Müsabiqənin I turu Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turu isə Bakı şəhərində gerçəkləşəcək.
   İştirakçıların çıxış proqramları və aşağıda göstərilən sənədlər 2012-ci il 1 may tarixinədək Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil Şöbəsinə (AZ 1009. Bakı şəhər Bəşir Səfəroğlu küç.144, tel: 594-29-10, faks: 596-64-10, e-mail: emm-tehsil@mail.ru) göndərilməlidir:
   1.Ərizə
   2.Doğum haqqında şəhadətnamənin surəti
   3.2 ədəd rəngli fotoşəkil (6x9 sm ölçüdə)
   
   Müsabiqənin proqram tələbləri
   I tur
   1. Polifoniya
   2. Etüd
   3. Sonata
   II tur
   1. XIX əsr xarici ölkə bəstəkarının bir pyesi
   2. XX əsr xarici ölkə bəstəkarının bir pyesi
   3. Azərbaycan bəstəkarının bir pyesi
   Təklif olunan əsərlərin siyahısı ilə ətraflı şəkildə Mədəniyyət və Turizm Nazirliyinin saytında (www.mct.gov.az) tanış olmaq olar.