“TÜRKSOY” jurnalının Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.
   Jurnalın açılış səhifələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqi və Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün “Müstəqilliklərinin 20-ci ildönümündə türk cümhuriyyətləri” mövzusunda konfransda çıxışının mətnləri yer alıb.
   Bundan başqa, jurnalda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Müstəqilliyinin 20-ci ilində Azərbaycan mədəniyyəti” məqaləsi, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırovun müsahibəsi, I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, bu il anadan olmasının 200 illiyi qeyd olunacaq görkəmli dramaturq Mirzə Fətəli Axundzadə haqqında, Bakı Musiqi Akademiyasının 90 illiyi ilə bağlı yazıları yer alıb.