Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.
   Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
   Digər sərəncamla Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətlərinə görə Ağamusa Ağası oğlu Axundov və Tofiq İsmayıl oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.