Dövlət başçısı park və mədəniyyət ocaqlarına baş çəkib
   
   Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfər edib. Əvvəlcə Astara rayonuna gələn dövlət başçısı rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
   
   Prezident Astara Olimpiya İdman Kompleksinin, rayon mərkəzi xəstəxanasının, YAP Astara rayon təşkilatının inzibati binasının, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak edib.
   Sonra Masallı rayonuna gələn Prezident əvvəlcə Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ümummilli liderin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.
   Prezident Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxıb.
   Prezidentə məlumat verilib ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməyib. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanıb. 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcək.
   Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident müvafiq tapşırıq və tövsiyələrini verib.
   Prezident İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və multimedia kitabxana, rəsm qalereyası və s. var. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.
   Dövlət başçısı Masallı rayonunda bir sıra müəssisələrin açılışında iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar