Aprelin 13-də Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Bəhruz Kəngərlinin yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.