Prezident İlham Əliyev mayın 11-də görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 70, SSRİ Xalq artisti, tanınmış bəstəkar və ictimai xadim Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
   Sərəncamlarda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, hər iki yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.