Prezident İlham Əliyev mayın 16-da Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur. Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirvarid Dilbazinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.