Prezident İlham Əliyev mayın 25-də 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsəsən, Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı aşağıdakı şəxslərə verilib: Yaqub Mikayıl oğlu Mahmudov, Kərim Kərəm oğlu Şükürov, Tofiq Teyyub oğlu Mustafazadə, Süleyman Abbas oğlu Məmmədov, Güntəkin Cəmil qızı Nəcəfli, Nazim Yusif oğlu Mustafayev, Göhər Nağı qızı Məmmədova, Hacı Nuru oğlu Həsənov, İsrafil Süleyman oğlu Məmmədov, Vidadi Umud oğlu Umudlu, Səidə Müzəffər qızı Hacıyeva, İradə Malik qızı Məmmədova, Nigar Rövşən qızı Gözəlova.
   Qeyd edək ki, mayın 25-də Respublika Günü münasibətilə keçirilən təntənəli bayram mərasimində mükafatlar dövlət başçısı tərəfindən tarixçi alimlərə təqdim olunub.