Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi 2010-cu ildən başlayaraq hər il bölgələrdə səyyar yay kursları təşkil edir. Son iki ildə təşkil olunan təlimlərdə 8 region üzrə 40-dan çox rayondan 839 dinləyici iştirak edib.
   Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, iyunun 5-dən başlayaraq növbəti səyyar yay kurslarına start verilib. Saatlı rayonunda təşkil olunan kurslara Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Beyləqan, İmişli rayonlarından 120-dən artıq ümumi orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələrinin işçiləri cəlb olunub. Təlimlər mərkəzdə çalışan əməkdaşlarla yanaşı, respublikada ixtisaslaşmış kadrlar tərəfindən aparılır. Kurslar iyunun 14-dək davam edəcək.